Model və iş qadını Heyli Biber hazırda Kaliforniyada keçirilən illik “Coachella” musiqi festivalına qatılıb.
Gundemxeber.az bildirir ki, 27 yaşlı Heyli Biber qeyri-adi ictimaiyyət qarşısına çıxıb. İş qadını ağ-göy rəngli pencək, qara enli şalvar, ağ köynək, boz idman ayaqqabısı geyinib və başına qırmızı papaq qoyaraq üstündən bəbir təsvirli yaylıq geyinib. Model saçlarını at quyruğu formasında yığıb və yüngül makiyaj edib.
Məşhur model dostları və əri Castin Biberlə vaxt keçirib. Onun fotoları sosial şəbəkələrdə yayılıb.
İzləyicilər isə şərhlərdə “Təsəvvür edirəm, indi stilisti oturub evdə, onu ələ salır”, “Arvadımın evdən belə çıxmasını təsəvvür edə bilmirəm”, “Heyli qulaq əməliyyatını gizlədir, ya da buna bənzər nə isə”, “O, gülünc görünür”, “Mən bunu nənələrimizə qarşı təhqir kimi qəbul edirəm, amma onlar yaylıq bağlamağı bilirdilər, amma bu ona heç yaraşmır”, “Dəliyə oxşayır” kimi fikirlər yazıblar.
Sorğu
Yeni dizaynımız necədir?