BMT Təhlükəsizlik Şurasında dünya ictimaiyyətinin həmrəyliyi qarşısında təklənən ABŞ təşkilata üzv ölkələri Qüds qərarı ilə bağlı hədələyib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.
“Səsini vermək barədə düşünərkən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilməyini istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”, - Heyli elektron məktubda qeyd edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasına Misir tərəfindən təqdim edilən Qüds layihəsinin lehinə 14 üzv səs vermiş, yalnız ABŞ veto qoymuşdu./axar.az
Sorğu
Yeni dizaynımız necədir?