Son vaxtlar cazibədar fotoları ilə gündəmə gələn aparıcı Seva Camalova onun haqqında işlədilən “seksual aparıcı” ifadəsinə münasibət bildirib.
Teleaparıcı Axşam.az saytına açıqlamasında bu sözün ona problem yaratdığını etiraf edib:
“Son vaxtlar haqqımda çıxan xəbərlərdə “seksual aparıcı” ifadəsi vurğulanır. Mən özümü, həqiqətən, seksual hesab edirəm. Amma bunu belə şişirdilmiş formada vermələri yaxşı olmadı. Hətta həyatımda problemlər də yaratdı. Yaxınlarım buna görə narazılıq etdi”.
Söhbət zamanı Seva formada qalma sirlərindən də danışıb. O, artıq çəkinin qarşısını almaq üçün idmanla məşğul olur:
“Yeyib-içdiklərimə diqqət edirəm. Çoxlu şirniyyat yeyirəm, bu da artıq çəki almağıma səbəb olur. İdman mənə kömək olur. Üzümə çox qulluq edirəm. Maskalar hazırladıb vururam. Xanımlara məsləhət görürəm ki, formada qalmaq istəyirlərsə, iradəli olsunlar. Çalışsınlar, hər gördüklərini yeməsinlər. Bu vasitəylə artıq çəkidən asanlıqla xilas olmaq mümkündür”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?