Britaniya teleradio kompaniyası "BBC"-yə tamaşaçılardan çoxlu sayda şikayət məktubu daxil olub, onlar "The Voice" şousunun aparıcısı Holli Uilloibinin qiyafəsinin həddindən artıq açıq-saçıq olmasından hiddətləniblər. İlk dəfə deyil ki, cazibədar aparıcının geyimi problem yaradır.
"The Voice" şousunun finalı 22 iyun şənbə günü saat 19:15-dən 21:30-a qədər davam edib. Qanunvericiliyə görə bu saatlarda proqram müəllifləri uşaqların yaşına uyğun olmayan süjetlərdən qaçmalıdırlar. Tamaşaçıların əksəriyyətinin fikrincə, "BBC" rəhbərliyi bu məsələnin öhdəsindən gələ bilməyib. Britaniyalı tamaşaçılar aparıcı Holli Uillouibinin açıq-saçıq geyimindən əsəbləşiblər.
"BBC" məhz bu səbəbdən rəsmi şəkildə tamaşaçılardan üzr istəmək məcburiyyətində qalıb. Onlar bildiriblər ki, "Cazibədarlıqdan daha çox eleqant" görünən Hollinin gecə qiyafəsinə görə, tamaşaçıların belə qəzəblənəcəyini güman etməyiblər.
Holli Uilloibi ilk dəfə deyil ki, məhz bu səbəbdən tənqid edilir. 2008-ci ildə o, "Məşhurlarla rəqs" proqramındakı erotik geyiminə görə tənqidlərə tuş gəlmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?