Gundemxeber.az » Maqazin » "Adidas" fələstinli supermodelə görə üzr istədi
"Adidas" 1972-ci il Münhen Olimpiadası faciəsi ilə bağlı reklam kampaniyası keçirib.
Yarış zamanı 11 israilli idmançı Fələstinin "Qara sentyabr" terror qruplaşması tərəfindən girov götürülərək öldürülüb.
Həmin ildə ilk dəfə buraxılan model əsasında retro idman ayaqqabılarının yer aldığı reklam kampaniyasına görə şirkət sonradan üzr istəyib.
Belə ki, kampaniyanın siması kimi Fələstin əsilli məşhur amerikalı model Bella Hadid seçilib. O, İsraillə münaqişədə Fələstini fəal şəkildə dəstəkləyir.
Yəhudi icmalarının çoxsaylı narazı nəşrlərindən sonra "Adidas" sosial şəbəkələrdə Hadidin yer aldığı bütün paylaşımları silib.
Bella Hadidin özü və nümayəndələri bu vəziyyəti şərh etməyiblər.
GUNDEMXEBER.AZ
26-07-2017, 20:55
10-12-2017, 21:23
5-05-2018, 12:32
3-09-2017, 21:48
5-02-2018, 22:18
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?