Xalq artisti Faiq Ağayev sosial şəbəkələrlə bağlı açıqlama verib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə” layihəsində danışıb.
O bildirib ki, feysbuk onun üçün ən yaxşı platformadır:
"Mənə görə ən yaxşısı feysbukdur. Orada həm fikir bildirmək olur, həm də müzakirə etmək. İnstaqram Qobustan kimidir. Orada ancaq divar şəkilləridir. Mənim sənətim üçündür, Tiktok da həmçinin. Lakin seçəsi olsam, feysbuku seçərdim. Orada elə qəşəng statuslar olur. Bəzən daxilən sənlə razılaşmıram, başa düşürəm ki, bu məsələdə düz edirsən. O dəfə biri yazıb ki, "Efirdə biabırçılıq”. Mənə də maraqlı gəldi. Girdim baxdım ki, biri o birinin zarafatla bir az tükündən kəsir. Yazdım ki, burada biabırçılıq nə var? Yəqin başa düşdü ki, qatıq tutmadı. Xəbəri tez sildi. Ya da hansısa xanım həmkarım haqqında yazırlar ki, elə biabırçı paltar geyindi ki... Baxırsan ki, öz xanımı və qızı qat-qat betərini geyinir, amma başqasına dərs verir. Belə zülm olar? Bilirsiniz, niyə edir? Özündən fikri yayındırır ki, o tərəfə bax, nə baş verir... Ümumiyyətlə, kütləvi aldatmağın səbəbini anlamıram. Ya sevgisizlikdir... Dünyada yaşayan 8 milyardın 4 milyardı sosial şəbəkələrdədir. Misal üçün deyirəm... Bu qədərmi vacibdir, hamı artist olsun, fotosessiya paylaşsın? Sənin uşağın arxa planda özünü öldürür ki, yemək ver, sən video çəkirsən ki, yeməyin tərifini verirəm... Özü də elə zəhləm gedir, dilini bilmir, başqa sözdən istifadə edir. Sən birinci uşağını yedizdir, sonra tərif ver. İdmana da gəlirlər, video çəkirlər, çıxırlar. Baxırsan ki, heç idman etmədi. Bu, sevgisizlikdən irəli gəlir, tərif istəyirlər ki, insanlar onlarını tərifləsinlər. Özləri özlərinə inanmırlar, onlara kənardan kiminsə tərifləməsi vacibdir. Ondan da böyük fəlakət yoxdur, bu, asılılıqdır. Mənə bunları demək asandır, çünki mən sosial şəbəkələr olmayanda da yaşamışam. Canlı ünsiyyət yoxdur. İnsanlar bir-biriləri ilə danışmağı yaddan çıxarıblar.
Mərhum insanı paylaşmağın dini tərəfdən əleyhinə deyiləm. Çünki onun üçün nə qədər rəhmət səslənsə, Allah onun günahlarını bağışlayar. Amma ölü insanla şəkil çəkdirənlər də olub. Bu insanı dəlixadan necə buraxıblar ki, get ölmüş nənənlə şəkil çəkdir, geri qayıdarsan. Mən şokdayam. Belələri üçün adətən deyirlər ki, heyvanına şükür, pərvərdigarə. Yaxşı ki, mən sənətdəyəm. Bizim sənətdə yalanlar, doğrular bir-birinə qarışdığı üçün... Amma hansısa bir Pakizə xala belə hərəkət edəndə adam şok olur. Mən indiyə qədər bir dənə də canlı yayım açmamışam. Ehtiyac yoxdur, mən efirlərim, belə söhbətlərim var, bəs edir. Deyək ki, filankəs Pərvizlə danışmır, konsertə çıxmır, Zəfər Günündə Şuşada çıxış etmir, bəlkə ona diqqət lazımdır? Amma anlamıram, bu adam başa düşmür ki, yeri səhv düşüb?".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?