Aktrisa Bleyk Layvli aktyor və rejissor Castin Baldonini məhkəməyə verib. Aktrisa həmkarını cinsi qısnamada və həmçinin onun nüfuzuna xələl gətirməkdə ittiham edib.
Bleyk və Castin keçən yay ekranlara çıxan "Hər şey bizimlə bitir" filmində bir-birlərinə aşiq olan cütlüyü canlandırıblar. Məlum olub ki, hətta çəkiliş meydançasında yaşanan gərgin atmosferi müzakirə etmək üçün görüş də təşkil olunub. Mövcud vəziyyətin müzakirəsində Bleykin əri Rayan Reynolds da iştirak edib. Filmin tanıtım turu zamanı Layvli və Baldoni birlikdə görünməyiblər.
Aktrisa iddia edib ki, çəkiliş zamanı partnyoru onu lazım olduğundan xeyli çox öpüb.
Castinin vəkilləri hesab edirlər ki, Layvli öz reputasiyasını "ağartmaq" istəyir, çünki onun çəkiliş meydançasında davranışı həqiqətən də dəhşətli idi. İddialara görə, aktrisa layihə üzərində işi daim təhlükə altına atıb.
Sorğu
Yeni dizaynımız necədir?