Hollivud aktrisası Ancelina Coli keçmiş əri, aktyor Bred Pitti təqib etməkdə ittiham edilib.
Gundemxeber.Az xarici mediaya istinadla xəbər verir ki, Bred Pitt "Formula-1" filmini tanıtmaq üçün Nyu Yorka uçub: "Aktyor sevgilisi İnes de Ramonla "Whitby" otelində qalıb. Ancelina Coli də Nyu-York şəhərinə gəlib. Hərçənd bunun üçün heç bir aşkar səbəbi olmayıb".
Mənbənin sözlərinə görə, aktrisa keçmiş ərini təqib edir.
Qeyd edək ki, ötən il dekabrın 31-də "People" jurnalı Ancelina Coli və Bred Pittin boşanmalarını yekunlaşdırmaq üçün razılığa gəldiyini yazmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?