Gundemxeber.az » Maqazin » Villası yanan Bülənt Ərsoydan ilk açıqlama: “Köməkçilərim olmasaydı, sağ qalmazdım”
Türkiyənin məşhur turizm bölgəsi olan Antalyada baş verən meşə yanğını bu dəfə məşhur sənətçi Bülənt Ərsoyun mülkiyyətinə ziyan vurub.
Gundemxeber.az.com Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Antalya şəhərinin Aksu qəsəbəsinin Kundu məhəlləsində qeydə alınıb. Sürətlə yayılan alovlar Ərsoyun dənizə yaxın ərazidə yerləşən lüks villasına qədər gəlib çatıb.
Hadisə yerindən yayılan görüntülərdə sıx meşə örtüyünün alovlara büründüyü, yüksək temperatur və küləyin təsiri ilə yanğının yaşayış evlərinə doğru hərəkət etdiyi görünür. Yanğınsöndürənlər, AFAD (Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) və Jandarma əməkdaşları bölgədə fövqəladə vəziyyət elan edərək vətəndaşların təxliyəsinə başlayıblar.
Türkiyə mediasında yayılan xəbərlərə görə, yanğının sürətlə villaya yaxınlaşması səbəbilə Bülənt Ərsoyun köməkçiləri dərhal hərəkətə keçiblər. Sənətçi təcili şəkildə villadan çıxarılıb və təhlükəsiz yerə aparılıb. Məlumata əsasən, Ərsoy hadisə anında böyük təşviş və stress içində olub. Villanın işçi heyəti sənətçini sakitləşdirməyə çalışsa da, müğənninin səhhətində bir qədər gərginlik yaranıb.
Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə qrupları və helikopterlərin müdaxiləsi nəticəsində alov nəhayət ki, nəzarət altına alınıb. Lakin buna baxmayaraq, Bülənt Ərsoyun villasının bir hissəsinin ciddi ziyan gördüyü bildirilir. Villa ətrafında yerləşən ağaclar tamamilə yanıb, binanın xarici hissəsi tüstü və istilikdən zədələnib. Daxili məkanın da qismən ziyan gördüyü qeyd edilir. Hal-hazırda maddi ziyanın miqdarı müəyyənləşdirilir.
Hadisədən sonra qısa açıqlama verən Bülənt Ərsoy bildirib:
“Böyük bir dəhşət idi. Evim yanmağa başlamışdı. Köməkçilərim olmasaydı, bəlkə də bu gün burada danışa bilməzdim. Allah heç kimə belə bir qorxu yaşatmasın. Ev əşyaları önəmli deyil, can sağlığına dua edirəm.”
Yanğının dəqiq səbəbi hələlik məlum olmasa da, ilkin ehtimallara görə, bölgədə havaların 40 dərəcəyə çatması, quraqlıq və güclü küləklər alovun yayılmasında əsas rol oynayıb. Antalya Valiliyi hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb. Hətta bəzi yerli media qurumları hadisənin qəsdən törədildiyinə dair iddiaları da gündəmə gətiriblər.
Xatırladaq ki, son illər Türkiyənin Aralıq dənizi sahillərində – xüsusilə Muğla, Antalya və Mersin bölgələrində yay aylarında tez-tez meşə yanğınları baş verir və bu da həm ətraf mühitə, həm də turizm sektoruna ciddi zərbə vurur.
Gundemxeber.az
1-10-2017, 22:08
25-07-2017, 19:27
17-09-2018, 15:20
30-07-2015, 23:56
5-01-2015, 01:28
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?