Türkiyəli müğənni Bülənt Ərsoy, Antalya-İstanbul səfərini həyata keçirən Türkiyə Hava Yollarına məxsus təyyarədə dava salıb. Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, 1A nömrəli yerdə əyləşən B.Ərsoy təhlükəsizlik kəmərini taxmaq istəməyib. Stüardessaların xəbərdarlıqlarına baxmayaraq B.Ərsoy təhlükəsizlik kəmərini taxmayıb. Baş vermiş hadisə kapitan pilota bildirildikdən sonra təyyarə terminala geri dönüb. Təyyarənin geri qayıtmasına etiraz edən sərnişinlər isə B.Ərsoyla mübahisə ediblər. Müğənni isə sərnişinlərə qışqıraraq, onları vurmağa cəhd edib. Nəhayət müğənni təhlükəsizlik kəmərini taxmağa razı olub və Antalya-İstanbul səfəri reallaşıb.
Qeyd edək ki, təyyarə İstanbula endikdən sonra sərnişinlər imza toplayaraq B.Ərsoydan şikayətçi olublar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?