Gundemxeber.az » Maqazin » Türkiyə mediası: Castin Timberleykin İstanbulda baş tutan konsertində terror aktının qarşısı alınıb
Castin Timberleykin İstanbulda baş tutan konsertində terror aktının qarşısı alınıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Turkiye" qəzeti məlumat yayıb.
Mənbə iddia edir ki, polisə tədbir zamanı bir neçə terror qruplaşmasının hücum təşkil etmək planları barədə məlumat daxil olub. Buna cavab olaraq geniş təhlükəsizlik tədbirləri həyata keçirilib, minlərlə polis və antiterror əleyhinə fəaliyyət göstərən bölmələr xidmətə cəlb olunub.
Konsertin keçirildiyi İstanbul Universitetinin stadionuna giriş hissələrinin sayı azaldılıb və nəticədə uzun növbələr yaranıb.
Sənətçinin pərəstişkarları qeyd ediblər ki, bir çoxları yalnız konsert başlayandan və giriş rejimi yumşaldıqdan sonra içəri daxil ola biliblər.
Gundemxeber.az
19-06-2017, 13:59
15-03-2017, 08:40
15-12-2016, 15:11
13-03-2017, 11:01
2-07-2016, 23:22
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?