Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidməti bir neçə terror aktının qarşısını alıb.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu terror aktları İŞİD-in Türkiyədəki emissarı tərəfindən hazırlanıbmış.
Verilən məlumatlara görə, təhlükəsizlik qüvvələri diversiya terrorçu qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Bu qruplaşmaya Tacikistan və Moldova vətəndaşları daxil olub.
Qrup üzvlərinin olduğu evdə aparılan axtarış nəticəsində silah-sursat və partlayıcı maddələr aşkar edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?