GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » SOS: Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!

SOS: Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!

Tarix: 4-02-2014, 00:16 Bölmə :Maraqlı Baxış: 1 414
SOS: Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!

Uşaqlarda onurğa əyilmələri nə üçün artıb?

Son illər uşaqlarda onurğa sümüyü problemlərinə tez-tez rast gəlinir. Həkimlərin qeyd etdiyinə görə, hazırda 50 faiz uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9 faiz uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir. Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə “sağlam onurğa - sağlam insan deməkdir” ifadəsini işlətmirlər. Uşaqlarda onurğa problemləri, səbəbləri və qarşısının alınması yolları ilə bağlı Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dossenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva ilə söhbətləşdik.

S.Vəliyeva bildirib ki, uşaqlarda onurğa sümüyü problemləri əsasən 6-7 yaşlarında başlayır. Onun sözlərinə görə, bu problemin əsas səbəbi məktəbdə yazı stolunda düzgün oturuşun olmaması və məktəb çantalarının ağırlığıdır: “Onurğa sümüyü bədənin ən vacib orqanlarından biridir. Çünki bədənin duruşunu təşkil edən məhz sümük sistemidir. Yapon təbabətində, onurğa sümüyünü insanın energetik oxu adlandırlar. Uşaq vaxtı əmələ gələn onurğa sümüyü probleminin fəsadları böyüdükcə artır. İndiki dövrdə şagirlərin məktəb çantaları çox ağırdır. Onlardan bütün dərs kitablarının məktəbə gətirilməsi tələb edilir. Bu ağırlıq uşaqlarda onurğa sümüyünü əyir. Uşaqlar idmanla demək olar ki, məşğul olmadıqlarından onlarda tez bir zamanda belə problemlər yaranır”.

Pediatrın sözlərinə görə, onurğa əyilmələrinə səbəb olan digər amil isə bədəndə kalsium çatışmazlığıdır. O qeyd edib ki, uşaqlarda 6-7 yaşda çox sürətlə boy artımı prosesi gedir. Qidada kalsiumun miqdarı az olduqda isə sümüklərdə problem yaranır.

S.Vəliyeva onurğa problemlərinin yaranmasının qarşısının alınması üçün valideynlərə öz tövsiyələrini verib: “Həb şəklində olan kalsium preparatlarını yalnız həkimin təyinatı ilə istifadə etmək olar. Amma uşaqda allergiya yoxdursa, onların qida rasionlarında ağartı məhsulları yer almalıdır. Süd, pendir, kəsmik, qatıqdan istifadə edilməlidir. Hamı elə düşünür ki, kalsium daha çox südün tərkibində olur. Amma pendirdə daha çoxdur. Südə meyilli olmayan uşaqlar gün ərzində 2-3 dilim pendir yeməlidirlər”.

Həkimin dediyinə görə, uşaqda onurğa problemlərini vaxtında aşkar etmək və bununla bağlı tədbirlər görmək lazımdır: “Uşaqlarda yaranan onurğa problemlərini valideynlər çox vaxt hiss etmirlər. Ona görə bununla bağlı həkimə də müraciətlər olmur. Onurğa əyilmələrini valideynlər yox, daha çox həkimlər müəyyən etməlidir. Həkimin borcudur ki, uşağı müayinə edən zaman onu göbəyədək soyundurub, onurğanın vəziyyətinə baxsın. Uşaq ayaq üstə, boş vəziyyətdə dayanmalı, həkim həm qabaqdan, həm də arxadan onurğa sümüyünə diqqət yetirməlidir. Uşaq əllərini boşaldaraq, çanağı tərpətmədən irəli əyilməlidir. Bu vəziyyətdə uşaqda hər iki tərəfdən qabırğalar eyni dərəcədə çıxmalıdır. Əgər bir tərəfdən qabırğa çox, o biri tərəfdən az hiss olunursa, bu problemin olmasından şübhələnmək lazımdır. Belə hallarda uşaq mütləq rentgen və ya kompüter tomoqrafiyasına göndərilməlidir. Həkimin təyinatına uyğun olaraq, uşağın oturuşunu, yerişini nizamlamaq, müalicəvi masajlar etdirmək lazımdır. Uşaq hərəkət etməlidir, daha yaxşı olardı ki, valideyin onu idmana göndərsin”.

Məktəb çantalarının yaratdığı problemlərə toxunan Sənubər xanım bildirib ki, beldə daşınan çantalar daha təhlükəlidir: “Çox vaxt valideynlər elə düşünürlər ki, çiyində yox, beldə aparılan çantalar daha yaxşıdır. Onlara elə gəlir ki, uşağın çiyni bir tərəfə əyilməsə, onurğa problemləri yaranmayacaq. Amma bu, heç də belə deyil. Beldə daşınan çantalar məcbur edir ki, uşaq boynunu qabağa əysin. Bu isə boyunda əyrilik yaradır və belə fəsadlar çox çətinliklə aradan qaldırılır. Onurğa problemləri körpəlikdə əmələ gəlirsə, sonralar inkişaf etməyə başlayır. İrəli gedən skoliozu dayandırmaq çox çətindir. Bəzən həkimin təyin etdiyi müalicə də effekt verməyə bilir. Ona görə də bu problemdən qorunmaq üçün əsas profilaktikadır. Çalışmaq lazımdır ki, uşaqlarda onurğa əyilmələri baş verməsin. Bunun üçün valideynlərə məsləhət görərdim ki, evlərində uşaqlar üçün turniklər düzəltsinlər. Uşaq özünü çəkə bilməsə də, sadəcə ordan tutub sallansın. Övladını idmana göndərmək istəyən valideyinlər isə üzgüçülük və rəqsə üstünlük versinlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pedjet xəstəliyi nədir?

    Pedjet xəstəliyi nədir? ...

    25-06-2016, 23:41

  • 
  • İdmanın uşaq sağlamlığına faydaları

    İdmanın uşaq sağlamlığına faydaları ...

    3-02-2016, 13:15

  • 
  • Boyundakı duzlaşmanı aradan qaldırmağın təbii yolu

    Boyundakı duzlaşmanı aradan qaldırmağın təbii yolu ...

    18-02-2016, 17:07

  • 
  • Azərbaycanda yeni virus yayılıb

    Azərbaycanda yeni virus yayılıb ...

    22-09-2014, 16:40

  • 
  • Davamlı mesaj yazmağın sağlamlığa zərərləri

    Davamlı mesaj yazmağın sağlamlığa zərərləri ...

    21-11-2014, 02:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu