German Arçilin rəsmləri öz təbiiliyi, rənglərin gözəl və zövqlü ahəngi ilə seçilir
Tarix boyu bütün incəsənət adamları- şairlər,rəssamlar,musiqiçilərin ilham mənbəyi qadınlar olub. Bunların hər biri öz əsərlərində qadın gözəlliyini mədh edərək çox gözəl sənət əsərləri ərsəyə gətirib. Öz yaradıcılığının başlıca mövzusunu qadın götürən bir rəssamın yaratdığı əsərləri oxucularına təqdim edirik. Müasir İspan rəssamı German Arçil (German Aracil) 1965-ci il Alikante şəhərində dünyaya gəlib. Rəssamın ilk şəxsi sərgisi doğma Alikante şəhərində baş tutub. 1990-cı ildən başlayaraq isə sərgilərini Nyu-Yorkda, Mayamidə keçirib, nəticədə, German Arçilin əsərləri məşhurluq qazanır və talantlı rəssamın işləri uğurla Avropa, Yaponiya və Cənubi Amerikada nümayiş etdirilir.German Arçilin rəsmləri öz təbiiliyi, rənglərin gözəl və zövqlü ahəngi ilə seçilir. Şəkillərə baxarkən onları asanlıqlacanlı canlı görüntü qarışdırmaq olur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?