Mərhuma Azərbaycanın Fransadakı Səfirliyində yas verilir
Xalq rəssamı Toğrul Nərimanbəyovun meyiti hələ də Parisdə saxlanılır. Ölümündən 7 gün keçsə də, xalq rəssamı hələ də dəfn edilməyib. Hazırda, Parisdə olan rəssamın qızı Əsmər Nərimanbəyovanın verdiyi məlumata görə, bu gün Fransada Azərbaycan Mədəniyyət Mərkəzində rəssamın hüzr mərasimi keçiriləcək. Günün ikinci yarısında isə Azərbaycanın Fransadakı Səfirliyinin əməkdaşları meyitin morqdan çıxarılması üçün danışıqlar aparacaq.
Rəssamın ikinci həyat yoldaşı Sevinc Nəcəfzadə Toğrul Nərimanbəyovun Fransada, rəssamın qızı isə onun Azərbaycanda dəfn olunmasını istəyir. Hazırda bu mübahisəli məqamla bağlə Əsmər Nərimanbəyova işə fransalı vəkilləri də cəlb edib.
Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-sində dünyasını dəyişsə də, onun ölümü xəbəri 6 gün sonra yayılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?