Hakimiyyətin şəffaqlıq əmsalı xalqın səbrinin son damlasını da tezləşdirir
2012-ci ili yola saldıq. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycan cəmiyyətini öz hesabatlarında qeyri-sivil adlandıraraq “qəbul edilməzlik” damğasını vurdular. Bu beynəlxalq qurumlardan biri də mərkəzi Almaniyada yerləşən Beynəlxalq Şəffaqlıq (Transparency İnternational) qeyri-dövlət təşkilatıdır ki, hansı ki hər il hazırladığı korrupsiya indeksində obyektiv olmağa çalışır və Azərbaycana yuxarı bal verməyi əsirgəmir. Düzdür Azərbaycan rejiminə bu balın dadı o qədər də şirin deyil. Amma nə edəsən Rusiya kimi onlara nə vətəndaşlıq təklif edə bilərsən, nə də ki, Qara Kürü və yaxud Neft Borusu. Bu məsələni qoyaq bir tərəfə. Nə üçün daxili məsələlərə qarışırıq? Rejim xalqa layiqdir, yaxud xalq rejimə layiqdir. Bu libas geydirmə mərasimi çox vaxt aparacaq, keçək əsas mövzuya. Balıq başından iylənər, bəlkə də iylənməz əgər uzun müddət öləndən sonra soyuducuda saxlayıb onun ordan diri çıxacağını daima millətin donmuş beyninə yeritsən. Azərbaycanın nə vaxtsa bir çoxlarının arzuladığı kimi şəffaf ölkələrin sırasında birinci onluğun içərisinə düşməsini biz də istəyirik. Amma istəməklə Şaxta Baba bunu bizə hədiyyə etməyəcək. Onu qazanmaq üçün gərək uşaqlara nəsihət verildiyi kimi özümüzü yaxşı aparaq. Birdən narahat olarsız ki, bəs şəffaqlıq olsa deməli neft bulaqlarımız qurumalıdır. Allah eləməsin, neftin qara pulların təmizlənməsinə nə dəxli var? Yox, düzgün başa düşmədiniz Şəffaf olmağa görə çox təəssüf Qinnes (Guinness Records) kitabına düşmürsən. Azərbaycan bayrağı kimi nə hündürdən dalğalanır, heç Qarabağdan da görsənmir (deyirlər uzaqdan baxanların gözü qamaşır ya da kor olur). Qafqaz respublikaları arasında ən az şəffaf olmağımızın Sovetdən ən gec müstəqilliyimizi bəyan etməyimizə heç bir dəxli yoxdur. Onda biz əmin olmalıydıq ki, bizim qalmağımızı heç kim istəmir. Ermənistanın 105-ci yerdə olub Azərbaycanın 139-cu yerdə olmasının səbəbini məsələn rejimin məntiqi ilə Erməni diasporasının gücündə axtara bilərik. Əgər onlarda nə neft və nə də rüşvət vermək qabiliyyəti və imkanları da yoxdursa, deməli nədənsə görsənməyən səbəbə şübhələnməliyik. Kimsə deyər ki, xoşbəxt xalqdır nefti və qazı olmadığı üçün korrupsiyaya da böyük ehtiyacları yoxdur və yəni təbii sərvətlərdən bizdən fərqli olaraq məhrumdurlar və nisbətən şəffaf olsalar da bizə qibtə ilə baxan ‘bədbəxt’ millətdir. Birinci 10-cuların arasına düşməyi bilmirən amma qonşumuz Gürgüstan birinci 50-nin astanasındadır. Bu gürcülərə bax bizim neftdən gələn gəlirlərin hesabına kef edirlər, nə hündür bayraqları var, nə ulu öndərləri, nə bizim kimi bütlərə baş əyə bilirlər, amma gör necə şəffaf olublar. Amma əvəzində bizim sayımız çoxdur, düzdür həmrəy deyilik, amma türkçülik irsimiz bir gün qüvvəmizi göstərəcək. Artıq şəffaq ola bilməməyimizin səbəbi özümüz və yaşadığımız üsul idarədən başqa təbii sərvətlər də tükəndikcə milli və dini kökümüzə bağlanılır, o da işə yaramayanda daxildə hökm sürən “parçala və hökm sür” vəziyyəti də səbəb gətirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?