GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənilərin yeni müharibə planı

Ermənilərin yeni müharibə planı

Tarix: 25-07-2016, 22:04 Bölmə :Siyasət Baxış: 847
Ermənilərin yeni müharibə planı

Hadisələrin gedişi göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi ssenari gündəmdən çıxmayıb, qalır. "Bz bu torpaqları qanla almışıqsa, elə-belə verməcəyik" tezisini siyasətdə ön plana çəkənlər Ermənistan cəmiyyətini yeni müharibəyə aparırlar və bunun üçün müxtəlif vasitələrə əl atırlar.

Bu barədə Milli.Az-a politoloq İlqar Vəlizadə Ermənistanda baş verən son hadisələri və prezident Serj Sarqsyanın davranış və çıxışlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, son günlər Ermənistanda baş verən hadisələr, polis binasının silahlılar tərəfindən zəbt edilməsi, prezident Sarkisyanın bəyanatları və Qarabağda səngər qazmaq çağırışları Ermənistan cəmiyyətində artıq onillərdir sürən "biz bu torpaqları qanla almışıqsa, elə-belə verməcəyik" fikrinin "təntənəsi"dir. Hərçənd, bu, çox yanlış və erməni cəmiyyətini uçuruma aparan fikirdir:"Bu tezisi hakimiyyətlə yanaşı müxalifət də bölüşür. Hər hansı dairədə bundan kənara çıxmağa yönəlmiş addımlar o dəqiqə etirazla qarşılanır və çox acınacaqlı vəziyyətə gətirib çıxarır. Məsələn, Levon Ter-Petrosyan güzəştlərdən hətta söhbət aparanda 1998-ci ildə onu devirdilər. Ermənistan parlamentinin sədri Karen Dəmirçiyan da güzəşt məsələsini ərsəyə gətirmək istəyəndə parlamentdə terror aktı törədildi, özünü də güllələndir. Serj Sarkisyan da elə bir adamdır ki, ya Moskva və ya başqa qüvvələr onu güzəştlərə sürükləsələr, özü qorxaq olduğundan onlara qarşı cəsarət göstərə bilməz. Ona görə də vəziyyətdən istifadə edərək Rusiya tərəfə verdiyi vədlərdən və ya danışıqlar masasında danışdıqlarından geriyə addım atır. Lakin Sarkisyanın bunun üçün nə siyasi potensialı, nə də iradəsi var. Belə bir situasiyada Ermənistan cəmiyyətində təkcə daxili siyasətdə deyil, Qarabağ məsələsində də böhran hökm sürür. Ona görə də özlərində güzəştli addımların atılması ilə bağlı cəsarət tapa bilmirlər".

Ona görə də politoloq düşünür ki, bu yanaşma bölgədə müharibənin yenidən alovlanması ehtimalını daha da artırır: "Müxtəlif fərziyyələr var ki, polis məntəqəsinin zəbt edilməsi məsələsi hakimiyyətin özü tərəfindən hazırlanıb. Mən isə başqa cür fikirləşirəm. Bu hadisəni törədənlər, hazırda həbsdə olan keçmiş səhra komandiri Jirayr Səfilyan və digərləri I Qarabağ müharibəsinin veteranları və ya aktiv iştirakçılarıdır. Onlar güzəştlə bağlı hər hansı perspektivə həmişə tənqidi yanaşıblar. Ona görə də bu insident çox güman ki, idarə olunmayan hadisədir. Amma indiki iqtidar ondan çox səmərli şəkildə istifadə etməyə və radikal fikirləri dəf etmək əvəzinə onlarla oynamağa başlayıblar. İqtidar onların bu etirazını çox güman ki, bir arqument kimi həm daxili, həm də xarici auditoriya, xüsusən də Rusiyanın qarşısına qoyacaqlar ki, biz bu təzyiqlərin altında heç nə edə bilmərik. Çox güman ki, bu məsələ də Rusiya ilə bir alver predmetinə çevriləcək. Belə bir ssenari var ki, Sarkisyanı devirsinlər, əvəzinə kimsə başqası gəlsin. Sarkisyan isə bununla göstərmək istəyir ki, mən getsəm və başqaları gəlsə, məndən də pisləri hakimiyyətə gələ, onda daha pis vəziyyət yanara bilər. Amma bütün hallarda bu, bir oyundur. Nəticə də odur ki, indiki şəraitdə Dağlıq Qarabağ məsələsində güzəşti nə iqtidardan, nə də müxalifətdə heç kəsdən gözləmək olmaz. Belə olan halda isə Azərbaycanın çıxış yolu yalnız müharibəyə hazır olmaqdan keçir. Bu, nə qədər acı da olsa, reallıqdır".

İ. Vəlizadə müharibənin gerçəkləşməsi vaxtı ilə bağlı mümkün ehtimalı da açıqlayıb: "Biz hələlik prezidentlərin Fransada nəzərdə tutulan növbəti görüşünü gözləyirik. O görüş uğursuz keçsə və ya onun vaxtı yarım ilə qədər uzadılsa, bu ərəfədə cəbhədə aprel hadisələrinə bənzər hərbi əməliyyatların keçiriləcəyini istisna etmək olmaz. Başa düşürük ki, böyük müharibə həm regional təhlükəsizliklə bağlı, həm də digər ölkələrlə münasibətlərlə bağlı çətinliklər gətirəcək. Amma lokal müharibə güman ki, mümkündür və aprel hadisələri göstərdi ki, belə təzyiq metodları ilə bunları bəlkə də düz yola gətirə bilərik. İş burasındadır ki, Ermənistan tərəfi dinc oturmur və "lider"lər istəyirlər ki, Azərbaycan ordusunu geriyə çəkilməyə məcbur etsinlər. Çox güman ki, bununla bağlı hansısa plan da hazırlanır və bu planın həyata keçirilməsi cəhdi bizə imkan verəcək ki, daha bir uğurlu hərbi əməliyyat reallaşdıraq".

İlkin İzzət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ erməniləri Sarkisyana şərt qoydular: Ya torpaqları qaytar, ya da...

    Qarabağ erməniləri Sarkisyana şərt qoydular: Ya ...

    13-05-2016, 01:44

  • 
  • Alman politoloq: “Qarabağda müharibə riski var”

    Alman politoloq: “Qarabağda müharibə riski var” ...

    12-07-2013, 10:24

  • 
  • Ermənistanda Sarkisyanın iqamətgahı mühasirəyə alındı

    Ermənistanda Sarkisyanın iqamətgahı mühasirəyə ...

    15-01-2015, 16:48

  • 
  • Erməni hərbiçiləri etiraz edir: “Serj, Qarabağ bizim deyil, onu sahibinə qaytar” - VİDEO

    Erməni hərbiçiləri etiraz edir: “Serj, Qarabağ ...

    7-04-2016, 14:09

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu