Məktəblilər üçün mövsümlük iş yerlərin açılması zəruridir
Аrtıq məktəblilərin yay tətilinə çıxmağına az qalıb. Növbəti tədris ili sona çatmaqdadır. Qabaqdan qayğısız yay gəlir. Onun nə cür geçəcəyi və nəticədə "Yay tətilimi necə keçırdim" adlı inşaların necə yazılacağı uşaqlardan əlavə həm də yaşlılardan da asılıdır. Bu gün bir çox ölkələrin yay tətil zamanı uşaqlara iş təklif etmə ənənəsi mövcuddur. Məktəblilər üçün işlə təmin edilmə təkcə qazanc əldə etmək imkanı deyil. Bu həm də özünə güvənmə bacarığın artmasına kömək, işəgötürən qarşısında özünü daha yaxşı göstərmək imkan verir. Əldə etdiyi qazanc isə ailə büdcəsinə gedir ki, bu da uşaqda məssuliyyət hissinin artmasına gətirir. Vaxtı ilə "Amerika" jurnalında olduqca müvəffəqiyyətli fermer haqqında oxuduğum məqələni xatırlayıram. Onun 13 yaşlı oğlu məktəbdən qayıdarək velosipedini götürüb poçt daşınması ilə məşğul olub. Fermer jurnalistin ona "oğlunuzun qazancına ehtiyacınız var?" sualına təxminən belə cavab verir:" Mən uşağımın bütün tələblərini təmin etmək iqtidarındayam. Amma öz xırda xərclərini ödəmək üçün pul qazanmaq bacarığı uşağın özünə hörmət hissini artırır, qazandığını qiymətləndirməyə və düzgün xərcləməyi öyrədir". Bununla əlaqədər Latviyanın Dauqavpils şəhərin 13-19 yaşlı məktəblilərə iş tapmaqda kömək göstərmə təcrübəsi maraqlıdır. Bu cür imkanı, işlə təmin edilmə proqramı çərçivəsində Dauqavpils şəhər Duması şərait yaradır. Bu yay minə qədər məktəblilərin işlə təmin olması nəzərdə tutulub. Onların 13-14 yaşında olan təxminən 340 yeniyetmələsi öz məktəblərində işləyəcək. Yaşları 15-19 olanlar üçün isə 745 iş yeri yaranıb. Bu proses Nazirlər Kabinetin qaydalarına əsasında aparılır. Ərizələr aprel ayının 25-nə qədər məktəblərin sosial müəlimləri qəbul edirlər. Bu baxımdan Moskva şəhərinin təcrübəsi də maraqlı görünür. Məktədlərdə gənclər əmək dəstələri (GƏD) var. İstəyənlərin hər kəsi yazıla bilir. Onlar "Perspektiva" Moskva əmək və məşğulluq mərkəzi tərəfindən istiqamətləndirilir. Bir növ pioner düşərgələrini xatırladır. Uşaqlar ayrı-ayrı dəstələrə bölünür və hərəsi bir işlə məşğul olurlar - sosial kömək göstərillər, yaşıllaşdırma ya da köməkçilik işləri ilə mə.ğul olur, kuryer həttə jurnalist kimi də işləyirlər. İl boyu işləyən gənclər əmək dəstələrinə 14-17 yaşlı oğlan və qızlar gəlirlər. Gün ərzində bir neçə saat işləyərək stabil əmək haqqı alırlar. Həttə Çukotkada yaşları 14-18 arası olan yeniyetmələrin dərslərdən boş zamanı müvəqqəti işlə təmin edilməsinə yönədilmiş tədbirlər mövcuddur. Nə üçün biz də bu təcrübələrdən faydalanmayaq? Axı bəzi hallarda müəyyən sahalərin nisbətən yüngül işinə görə əmək haqqı elədə yüksək deyil. Orta yaşlı əhalini bu maaş qane etməsə də, yeniyetmələr üçün əlverişlidir. Yay mövsümündə məktəblilərə əvəzedici işlər təklif ola bilər. İnsanların əksəriyyəti bu vaxt istirahət etməyə üstünlük verirlər. Dövlət ailə, qadın və uşaq problemləri üzrə komitənin informasiya və analitik araşdırma şöbənin müdiri Elgün Səfərovla görüşdük. O qeyd edib ki, Azərbaycan Kostitutsiyasına görə uşaqların iş fəaliyyəti iş vaxtın, şəraitin müyənləşdirən məhdudliyətləri nəzərə almaqla yalnız 15 yaşı tamam olan şəxslərə şamil edilir."Bu vacib məsələ ilə on ilə yaxındır ki, məşğuluq. Son 2-3 ildə isə bu xüsusi ilə aktuallaşıb. Məsələni həll etmək üçün uşaq problemləri və regionlarla aparılan iş üzrə komitəmizdə iki şöbə yaradılıb. Hal-hazırda ailə və uşaqlara yardım edən və uşaqların asudə vaxtlarını səmərəli istifadəsini təmini, təşkili ilə 11 regional mərkəzi məşğuldur. Kitabxanalar və dərnəklər yaradılır. Uşaqların gələcəkdə iş əldə edməsini yüngülləşdirmək istəyi ilə ingilis dilindən, kompüter texnologiyalar, əmək təcrübə üzrə və s. pulsuz dərnəklər yaradılır. Bu dərnəklər bütün avadanlıq, alət və şərait ilə təchiz edilib. Xüsusi diqqət təlim tərbiyyə müəssisələrində yerləşən uşaqlara ayrılır. Komitə tərəfindən bu cür müəssisələrə İT texnologiyaları öyrənmək üçün 15 komplekt kompütr texnikası verilib". Təəssüf ki, ölkəmizdə yay tətili zamanı məktəblilərin məşğulluğu üçün xüsusi bir proqram mövcud deyil. Buna baxmayaraq, son iki il ərzində komitə 15 yaşdan 18 yaşadək 138 uşağın yay tətili müddətində işlə təmin edilməsinə üçün köməklik göstərib. Lakin bu fərdi xarakter daşıyıb. E.Səfərovun sözlərinə görə, problemin kütləvi şəkildə həlli onun ətraflı tənzimlənməsindən asılıdır: "15 yaşına çatmış şagirdləri yay tətili dövründə sistematik şəkildə işlə təmin edən mövsümi iş yerlərinin açılmasına ehtiyac var. Bir çox uşaqlar özəl sahibkarlar tərəfindən işə cəlb edilərəkən öz hüquqlarından məlumatsız olur. Onu da nəzərə almaq lazımdır ki,iş yerləri daha çox özəl sektor tərəfindən təklif edilir. Hesab edirəm ki,regional mərkəzlərimiz vasitəsilə istənilən müvəqqəti iş yerinin təklif edilməsi bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarəti təmin etmiş olar". Onun sözlərinə görə, bu problemin həllinə yönəlmiş ayrıca milli planın hazırlanması tələb olunur. Bununla əlaqədar komitə tərəfindən iki sənəd hazırlanır: xüsusi uşaq kodeksi və uşaq hüquqlarının təmin edilməsi üzrə Dövlət Proqramı. İşləmək arzusunda olan uşaqlar arasında belə sahələr üzrə bölgünün mövcud olması səbəbindən bu kifayət qədər mürəkkəb bir işdir: internata yerləşdirilmiş uşaqlar, riskə,o cümlədən məişət zorakılığı riskinə məruz qalmış uşaqlar. "May ayında layihənin qeyri-hökümət təşkilatlarının müzakirəsinə çıxarılacağı gözlənilir". Yuxarıda qeyd olunanlar bir daha onu göstərir ki,məktəblilərin yay tətili dövründə işlə təmin edilməsi problemi hələ də öz həllini tapmayıb. Hazırlanmaqda olan sənədlər onun həll edilməsinə cəhdin təzahürü kimi qiymətləndirilə bilər. Lakin buna yalnız qəbul edilmiş qərarların kağız üzərində qalmayacağı təqdirdə nail olmaq mümkündür. Yaddan çıxarmayaq ki, uşaqlara çəkilən bütün xərclərin bəhrəsini cəmiyyət artıqlaması ilə görəcək, uşaqlardan əsirgədiyimiz hər bir şey isə itkilərlə nəticələnəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?