Ömrümüzü uzatmaq əlimizdədir. "Men’s Health" jurnalı uzunömürlülüyün sadə sirlərini yazıb. Jurnalın yazdığına görə, insan sadə əməllərlə ömrünü 34 ilə kimi uzada bilər?
Belə ki, təmiz havada, kənd yerlərində yaşayanlar şəhərdə məskunlaşanlarla müqayisədə iki il çox yaşayırlar.
Harvard Universiteti qara şokolad yeməyi məsləhət görür. Çünki həftənin 3 günü az miqdarda qara şokolad yeyənlər şirniyyat yeyənlərlə müqayisədə 5 il çox ömür sürür.
İdman da ömrü uzadan amillərdəndir. Həftədə 3 gün 30 dəqiqiə tennis oynamaqla 12 il çox yaşamaq mümkündür.
Günlük kalori miqdarını azaltmaq isə daha çox fayda verə bilər. Belə ki, 30 faizlik azalma 15 il həyatdan zövq almaq deməkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?