GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk"

Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk"

Tarix: 11-07-2017, 18:22 Bölmə :Bölgə Baxış: 632
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk"


Dənizkənarı Milli Parkın ərazisində olan çay evləri və kafelərdəki qiymətlərdən dəfələrlə yazı yazmışıq. Ərazidə tez-tez qiymətlər dəyişir. Hətta bulvar idarəsi bununla bağlı qərar çıxarıb, amma bəzi məkanlar bu qərara uymurlar.


Daxil olan şikayətlərdə deyilir ki, kafe və çay evləri yenə də sadə çay verməkdən imtina edirlər. Müştərilərə məcburi olaraq dəstgah təqdim edilir.
Bulvara çıxıb, dəniz mənzərəsində çay içmək istəyənlər yenə eyni problemi yaşayırlar. Müştərilər sadə çayın verilməmə səbəbini soruşanda isə onlara "Bizdə qiymət belədir, istəmirsən get, başqa yerdə otur" deyərək cavab verən məkan sahibləri heç bir qayda-qanuna uymurlar.

Bakıya gələn turistlərin çoxluğu obyekt sahiblərini şirnikləşdirir. Onlar bir masanı 2 manat çaya qapatmaq əvəzinə, masanı turistlərə verməyi seçirlər. Qiymətləri də iki dəfə baha təyin edib, turistləri aldadırlar.

Şikayət əsasında Dənizkənarı Milli Parka yollandıq. Bir-bir çay evlərinə və kafelərə baş çəkdik. İlk baş çəkdiyimiz məkanda ofisiant dedi ki, onlarda sadə çay verilmir.

Səbəbini soruşanda isə belə cavab verdi: "Ay qardaş, bizdə belədir. Bunun səbəbi zadı yoxdur. Rəhbərlik belə deyib, biz də hamıya bunu deyirik. Sadə çay verilmir. Yanında ən azı şokolad, mürəbbə olmalıdır".

Məkanın administratorunu çağırdıq. Ona jurnalist olduğumuzu deyib, "Niyə sadə çay vermirsiniz" sualını verən zaman cavab çox maraqlı oldu: "Kim deyir ki, sadə çay vermirik? Çay 2 manatdır, buyurun, əyləşin". Bundan sonra az öncə "Bizdə sadə çay verilmir" deyən ofisiant sözünü dandı və dedi ki, "Biz sadə çay veririk, yəqin səhv başa düşmüsünüz".

Növbəti məkanda da oxşar durumla qarşılaşdıq. Sadə çay verilmirdi. Amma burada kiçik mübahisədən sonra qaydalar dəyişdi, sadə çay təklif etdilər. Buna qədər isə belə qaydanın olmasına səbəb kimi məkanın aylıq icarəsinin çox olduğunu dedilər: "Qardaş, mən olmayım, sən ol. Ayda 1500 manat icarə veririk. Biri gəlir 2 manat çaya pul verir, 3-4 saat oturur. Bu da bizə sərf etmir".

Məkanlardan sadəcə "Lalə" adlı kafedə sadə çay məsələsində problem yox idi. 6-7 müştərinin bir neçəsi sadə çay içirdi. Ofisiantlar da onlarda hər zaman sadə çayın olduğunu dedilər.

Bakı sakinləri ilə də danışdıq. Mövcud durumdan çox narazı olduğunu deyən Sadıq Vəliyev deyir ki, kafelərin belə davranmalarının səbəbi pul hərisliyidir: "Daha çox qazanmaq, müştərindən pul çıxarmaq üçün əllərindən gələni edirlər. Adi çaydır da, oturub bir stəkan içib, duracağıq. Amma bunlara bu sərf etmir. Çünki sadə çaya görə 2 manat alırlar, amma məcbur sırıdıqları dəstgaha görə 20 manat..."

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov dəfələrlə bu barədə danışıb: "Əgər deyilənlər təsdiqini tapırsa, doğurdan da kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın “Qaynar xətti”nə - 055 282 70 00, 012 480 18 36 telefon nömrələrinə zəng edə bilərlər”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bulvarda çay içmək arzusu gözündə qalanlar (FOTO)

    Bulvarda çay içmək arzusu gözündə qalanlar (FOTO) ...

    13-08-2013, 16:14

  • 
  • Azərbaycanda quru çay bahalaşdı

    Azərbaycanda quru çay bahalaşdı ...

    11-02-2014, 12:26

  • 
  • Oruc tutanlar imsaqda çay içməsinlər – XƏBƏRDARLIQ

    Oruc tutanlar imsaqda çay içməsinlər – XƏBƏRDARLIQ ...

    9-07-2014, 01:36

  • 
  • Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu

    Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu ...

    13-05-2016, 13:09

  • 
  • Bakıda 1 çaynik çay 1 şiş kababdan bahadır

    Bakıda 1 çaynik çay 1 şiş kababdan bahadır ...

    30-06-2016, 12:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (330)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu