Qızlar üç ildir ki, oradadır, müvafiq sənədlər olmadan uşaq evlərinə, ailələrə verilə bilməzlər
Buryatiya Respublikası hakimiyyəti valideynləri tərəfindən atılmış iki azərbaycanlı qız barədə məlumat yayıb. Buryatiya Xüsusi Reabilitasiya Mərkəzinin məlumatında deyilir ki, 25.02.2011-ci il tarixində yetkinlik yaşına çatmayan Cəbrayılova Yaqut Tələt qızı (16.05.1999-cu il tarixində Göyçayda anadan olub. Göyçay rayon qeydiyyat şöbəsindən verilən 23 iyun 1999-cu il tarixli 211 saylı doğum şəhadətnaməsi bunu təsdiqləyir) ora daxil olub. Sənəddə qeyd olunub: Atası: Cəbrayılov Tələt Feyruz oğlu; milliyyəti: azərbaycanlı Anası: Həmidova Sevinc Həmidqızı; milliyyəti azərbaycanlı Göyçay rayon qeydiyyat şöbəsinin rəisi Könül Məmmədova (imza var) Verilmə tarixi: 30 avqust 2010-cu il Möhür: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon qeydiyyat şöbəsi Bundan başqa uşaqda heç nə yoxdur. Mərkəzdə yetkinlik yaşına çatmayan digər bir qız Həmidova Ayişə Tələt qızı var 31.07.2002-ci il doğum tarixli. Buryatiyada anadan olub. 2011-ci il 17 fevral 2946 saylı tibbi arayış var. Lakin Rusiya vətəndaşlığı yoxdur. (Rusiya tərəfinin məlumatına görə, o, Yaqut Cəbrayılovanın bacısıdır). Uşaqların anası Həmidova Sevinc Həmid qızı 22.08.1971-ci il tarixində anadan olub (pasportun surəti üzrə Azərbaycanda, Bakıda anadan olub). 29.09.2010-cu il tarixində Ulan-Udedə vəfat edib. Bu barədə ölüm aktı tərtib olunub. Onun üzərində 21.12.1989-cu il tarixli 60928 saylı pasportun surəti olub. Ata Cəbrayılov Tələt Feyruz oğlu 04.04.1974-cü ildə anadan olub. İnterpolun məlumatına görə, 26.08.2000-ci il Azərbaycan DİN tərəfindən axtarışda olub. 13.09.2010-cu il tarixində həbsdən buraxılıb, Buryatiya Respublikası, Komuşka qəsəbəsi, Dalnevostoçnaya küçəsi, ev 11, mənzil 1-də kirayədə yaşayıb. İşləyib, vaxtaşırı uşaqlara baş çəkib (bu barədə valideynlərin ziyarət kitabçasında qeydlər var). 28.02.2011-ci ildə ata doğum haqqında şəhadətnamə alana və atalıq müəyyən olunana kimi qızların saxlanma müddətinin uzadılmasını xahiş edib. Lakin o vaxtdan gəlməyib, zəng etməyib, uşaqların taleyi ilə maraqlanmayıb. Bununla əlaqədar Reabilitasiya Mərkəzi yetkinlik yaşına çatmayan Cəbrayılova Yaqut Tələt qızının və Həmidova Ayişə Tələt qızının gələcək həyatı ilə bağlı yardım göstərilməsini xahiş edir. Qızlar üç ildir ki, oradadır, müvafiq sənədlər olmadan uşaq evlərinə, ailələrə verilə bilməzlər. «Sizdən xahiş edirik ki, Cəbrayılova Yaqut Tələt qızının Azərbaycan vətəndaşı olub-olmamasını və Azərbaycan Respublikasının Həmidova Aişə Tələt qızını Azərbaycan vətəndaşı hesab edib-etmədiyini öyrənmək üçün bizə yardım göstərəsiniz», - müraciətdə deyilir. Cavabın aşağıdakı ünvana göndərilməsi xahiş olunur: 671345 Rusiya, Buryatiya Respublikası, Muxorşibirsk rayonu, Xoşun-Uzur, Korporativ küçəsi, 22, telefon-faks 8(30143) 28-3-84 ya elektron poçt: [email protected] Sosial iş üzrə mütəxəssis Tsıbikova Yancima Sergeyevna. “Turan”
Sorğu
Yeni dizaynımız necədir?