Gürcüstanda azərbaycanlı vəzifəli şəxs həbs edilib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin antikorrupsiya idarəsi Qardabani rayonunun Hərbi Qeydiyyat və Çağırış Xidmətinin əməkdaşı Katib Babayevi həbs edib. O, rüşvət almaqda ittiham olunur.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. O, 300 lari (təxminən 180 dollar) məbləğində pul müqabilində vətəndaşa hərbi bilet verməkdə ittiham olunur.
Gürcüstan Cinayət Məcəlləsinə görə, rüşvət alma maddəsinə görə 9 ilədək həbs cəzası verilir.
Sorğu
Yeni dizaynımız necədir?