Erməniləri heç yerə qəbul etmək istəmirlər. Bu barədə həyəcanla İrəvanın "Jamanak" qəzeti yazır. Nəşrin bildirdiyinə görə, Avropa Birliyinin (AB) bir sıra ölkələrində sığınacaq almaq ermənilər üçün çətindir.
Özü də əvvəllər erməniləri belə imkandan yalnız Fransa və Belçika məhrum edirdisə, indi Almaniyaya, Avstriyaya və Niderlanda getmək istəyən Ermənistan vətəndaşları oxşar münasibətlə qarşılaşırlar. Təbii ki, yaxın zamanda bu embarqoya AB-nin başqa ölkələri də qoşula bilər. Amma bu Cənubi Qafqaz respublikasında vəziyyətin həddindən ağır olması üzündən öz ölkəsini tərk etmək istəyənlərin sayı həndəsi silsilə ilə artır.
Bu günlərdə Ermənistan milli statistika xidmətinin əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin rəisi Karine Kuyumcyan bildirib ki, ölkədə daimi əhalinin sayı kəskin azalıb. O, həm də həyəcanla qeyd edib ki, keçən illə müqayisədə ölüm səviyyəsi 4,3% artıb. Artıq ermənilər anlamağa başlayıblar ki, keçmiş Qarabağ yaraqlısı Serj Sarqsyanın başı dövlət işləri ilə müqayisədə avtomatdan daha yaxşı çıxır.
Erməniləri qəbul etməkdə davam edən tək ölkə Rusiya Federasiyasıdır, amma bu ölkənin də imkanları sonsuz deyil. Və tezliklə, belə görünür ki, ermənilər üçün daha bir şlaqbaum qoyulacaq. Təbii ki, xalq yaranmış mürəkkəb vəziyyətdən çıxış yolu axtaracaq. Və bu,yəqin ki, çox tezliklə, hardasa payızda baş verəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?