10 noyabr 2020-ci ildən etibarən Qarabağda yerləşən Rusiya sülhməramlıları yeni qaydalar tətbiq etməyə başlayıb.
GUNDEMXEBER.AZ-ın məlumatına görə, JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, əgər əvvəllər Ermənistandan Qarabağa gələn ermənilər və digər ölkələrin vətəndaşları sərhəddi maneəsiz keçə bilirdilərsə, artıq buna imkan verilmir. Qəzetin yazdığına görə, bir neçə gündür Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarından viza tələb olunur. Maraqlıdır ki, həmin vizanın Ermənistandan deyil, Azərbaycandan alınması tələbi də qoyulub. Yəni, əgər əvvəllər xarici ölkə vətəndaşları Ermənistana giriş üçün viza əldə edib, onunla Qarabağa gələ bilirdilərsə, indi Azərbaycandan viza alınmaları lazımdır. “Məsələn, başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olması üçün viza tələb olunur. Lakin Ermənistan vətəndaşlarının maneəsiz çıxışı var və bu məsələdə heç bir maneə yoxdur”. Erməni nəşri Qarabağ ermənilərinin rus sülhməramlılarından şikayətçi olmadıqlarını da yazıb. “Rus sülhməramlıları kifayət qədər gücləniblər. Onlar əvvəlcədən təlimatlandırılıblar. Özləri də deyirlər ki, Qarabağda olmalarına dair təlimatları var və onları həyata keçirməklə məşğuldurlar. Onlar şəhərlərə və kəndlərə zərurət olmadıqca girmirlər. İçkili küçədə gəzmirlər”. Qeyd edilir ki, əvvəllər ruslar ermənilərə və azərbaycanlılara neytral və bərabər münasibət bəsləyirdilərsə, indi balans tamamilə ermənilərin xeyrinə dəyişib. “Amma bütün bunlar o demək deyil ki, rusların azərbaycanlılara qarşı çıxmaq istəyi və əmri var. Əksinə, azərbaycanlıların tələbləri məqbul olan yerdə, Qarabağ ermənilərinin mənafeyinə uyğun olmasa belə, bunu sakitliklə edirlər”. Erməni mediası yazır ki, son günlər Ermənistandan Qarabağa gələnlərin sayı xeyli azalıb. Üstəlik, Qarabağdan gedənlərin də sayı çoxalıb. “Ermənistan vətəndaşlarının Qarabağa səfərləri çox azalıb. Qarabağ ermənilərinin fikrincə, bu, çox pis haldır. Ruslar da Qarabağa daxil olanları qeydə alır. Ən dəhşətlisi isə odur ki, Qarabağ erməniləri könüllü olaraq Qarabağda yaşamaqdan imtina edirlər. Bu hal son zamanlar kütləvi şəkil alıb”.
Sorğu
Yeni dizaynımız necədir?