İngiltərədə yaşayan 34 yaşlı Aleks Levis soyuqdəyməsi olduğunu düşünərək xəstəxanaya gedib, ancaq tam başqa bir halla qarşılaşıb. Sonda ağzını, qolunu və ayaqlarını itirən Levis əməliyyat olunub.
Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Aleks Levisin xəstəliyinin səbəbi triptokok bakteriyası olub. Triptokok bakteriyasına tez-tez rastlanır, ancaq onun iki ölümcül növü var. Levisin bütün bədənini bürüyən bu qorxulu bakteriya onun üzündə yaralar yaradıbmış.
Əməliyyatla bir qolu, iki ayağı kəsilən Levis 1 həftə komada yatıb.
Həkimlər onun yaşama şansının 3 faiz olduğunu deyir. Çiynindən bir parça alınaraq dodaqlarına tikilən Levisin bu əməliyyatı düz 20 saat davam edib. İndi Levis səbirsizliklə güləcəyi günü gözləyir.
A qrup streptokok bakteriyasından qaynaqlanan bu inkfeksion xəstəlik dünyada 33 mində bir insanda görülür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?