Bakıda gənc oğlanın qopmuş qolunu yerinə tikən həkim danışdı
M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun damar şöbəsinin cərrahı Rasim Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, 22 yaşı olan Elmir adlı şəxs sol saydının aşağı hissəsinin laqonda kəsiyi xəsarəti ilə xəstəxanaya daxil olmuşdu. Laqonda onun qolunun hər iki sümüyünü kəsərək dəridən asılı vəziyətdə qoymuşdu. Təcili əməliyata götürüldü və qol yerinə bərpa olundu. Cərrahın sözlərinə görə, xəstənin vəziyyəti normallaşdığından artıq evə buraxılıb. Əli işləyir, ancaq 2-3 ay reabilitasiya dövrü lazımdır.
02:00
Bakı şəhərində həkimlər gənc oğlanı şikəst olmaqdan qurtarıblar. Oğlanın qopmuş qolu yerinə tikilib.
Oxucuların Milli.Az-a verdikləri məlumata görə, noyabrın 8-də laqunda gəncin qolunu kəsib. Bilək nahiyəsindən kəsilən əl dəridən asılı vəziyyətdə qalıb. Amputasiya olunmaq üzrə olan qolu M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkimləri yerinə tikiblər. Artıq xəstənin qolu işləyir.
Günün sonu olduğundan xəstəxanadan hər hansı mövqe öyrənə bilmədik. Məsələyə qayıdacağıq...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?