GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Bakcell”in korporativ yalanı

“Bakcell”in korporativ yalanı

Tarix: 23-01-2013, 10:09 Bölmə :Maraqlı Baxış: 866
“Bakcell”in korporativ yalanı

Mobil operator öz istifadəçilərini onların bu şirkətə nə qədər
gəlir gətirməsi ilə bağlı məlumatlandırmaqda maraqlı deyil


Siz nə zamansa görmüsünüz ki, türk və ya rus şirkətlərinin reklam çarxlarında “birinci”, “aparıcı”, “ən yaxşı” və s. sözləri işlənsin? Doğrudur, bazardakı rəqabətdən asılı olaraq oradakı piar menecerləri bu cür ifadələri işlətməkdən çəkinirlər. Bilirsiniz niyə? Korporativ etika anlayışı və reklam sahəsini nizamlayan qanunvericiliklə bağlı dəqiq tələbləri var: birinci halda tövsiyyə etmir, ikinci halda isə “ən yaxşı”, “aparıcı” və s. təyinatların istifadəsini qadağan edir.
Prinsip sadədir – öz məhsulunu və xidmətlərini başqa şirkətlərin fəaliyyətini aşağılamadan reklam elə, onların məhsullarını və ya xidmətlərini istehlakçıların gözündə kiçiltmə. Amma bu xaricdə belədir, orada qanunlar dəqiq işləyir… Azərbaycanda isə “Bakсell” mobil operatorun yaydığı az qala istənilən reklam məlumatı “İlk mobil operatoru” və “Azərbaycanda aparıcı mobil internet provayderi” sözlərilə başlayır. Daha sonra istehlakçıları “Bakcell”in bu sahədə ən yaxşı 3G mobil internet xidmətləri göstərməsi barədə informasiya ilə tanış edirlər…
Maraqlıdır, “Bakсell”in xidmətlərini ölkədə ən yaxşı xidmətlər olduğunu bildirən kimdi? İstehlakçılar? Və bu “yaxşı” özünü nədə göstərir? Hərçənd, korporativ etika məsələləri operatorun öz vicdanına qalan məsələlərdir. İstehlakçıları isə daha çox keyfiyyət və “Bakcell” xidmətlərinin dəyəri maraqlandırır. Dəyər məsələsilə bağlı heç də hər şey aydın deyil. Burada şeytanı da azdırmaq olar. Sanki bir neçə il əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi guya sərt formada “Bakсell”dən danışıqların ödənməsilə bağlı istehlakçılar üçün anlaşıqlı sistemə keçməyi tələb etməmişdi. Bu sərt reaksiya idi, yoxsa görüntü naminə edilmişdi, ya nazirliklə şirkət arasından qara pişik keçmişdi, bunu Allah bilir. Bircə o məlumdur ki, “Bakсell” digər mobil operatorlarla birgə ölkənin ən böyük vergi ödəyicilərindəndir və buna görə də dövlət istənilən nəzarətedici və nizamlayıcı orqan qismində bu şirkəti ciddidən “silkələməkdə” maraqlı deyil. Özünə baha başa gələcək. Axı söhbət dövlət büdcəsinin gəlirlərinin stabilliyindən gedir, bu isə necə deyərlər, müqəddəs məsələdir, çünki sosial dayanıqlılıqla birbaşa bağlıdır. Amma “Bakсell”i hədələmək və onun işindən narazılığını ifadə etmək olar, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bunu elədi. Nəticədə telefonlarımızdakı anlaşılmaz “konturlar” bizim bu və ya digər mobil operatorun məhsulundan istifadə edərkən sərf etdiyimiz konkret pulla əvəzləndi. Heç kəs bilmir ki, sizin balansınızdan bu və ya digər məbləği nəyə əsasən çıxırlar. Bu hesablama necə aparılır? Nə üçün xüsusi reklam olunan nömrələrə göndərdiyimiz bəzi SMS-lər həmin abonentlə danışıqdan baha başa gəlir? Nə üçün başqa mobil operatorla danışıqlar “Bakсell”dən istifadə edən abonentlərlə danışıqlardan yüksək məbləğ tələb edir? Çoxlu belə suallar vermək olar. Cavablar isə yoxdur.
“Bakсell” öz istifadəçilərini onların bu şirkətə nə qədər gəlir gətirməsi ilə bağlı məlumatlandırmaqda maraqlı deyil. Bax, şəxsən siz bilirsinizmi, hər il “Bakсell” şirkəti Azərbaycan büdcəsinə nə qədər vergi verir? Onun illik gəliri nə qədərdir? Bu pullar nəyə sərf olunur? Əlbəttə, bilmirsiniz. Axı şirkət məhz sizin kimilərin sayəsində zənginləşir və nəzəri baxımdan, bu cür informasiyaları o sizinlə bölüşməlidir. Əlbəttə, əgər o özünü ictimai və sosial istiqamətli hesab edirsə.
Rəqəmlərə müraciət edək. Hələ 2011-ci ildə “Bakı Telefon Rabitəsi” İB yanında Bakı Avtomatik Telefon Qovşağının trafikə nəzarət və təhlil şöbəsinin müdiri Hikmət Ağayev yerli KİV-lərə bildirib ki, paytaxtda onlarla Web-taksafon quraşdırılıb. Bu çin-fransız möcüzəsindən istifadənin dəyəri barədə danışarkən H.Ağayev məlumat verib ki, taksafon vasitəsilə İnternetin 1 dəqiqəsi təxminən 2 qəpik, “bluetooth”dan birdəfəlik istifadə 20 qəpik olacaq. Sonra tariflər sadalanıb: 1 dəqiqə danışıq şəhərdaxili zənglər üçün 3 qəpik, ölkədaxili zənglər üçün – 7 qəpik; mobil rabitə operatorlarının (“Azercell”, “Bakcell”, “Narmobile”) nömrələrinə – 18 qəpik; İran, Türkiyə, Pakistan kimi ölkələrə – 45 qəpik; MDB və Baltik ölkələrinə – 36 qəpik; Avropa ölkələrinə, Amerikaya və s. – 54 qəpikdir. Bu rəqəmlərə diqqət yetirin. İndi isə “Bakсell” şirkətinin internet saytına daxil olub, onun tarif siyasətilə tanış olun. Bir dəqiqə üçün şəhər nömrələrinə zənglər – 10 qəpik, digər mobil rabitə operatorlarına – 10 qəpik, MDB və Baltik ölkələrinə – 37 qəpik, İran və Türkiyəyə – 43 qəpik, Avropa ölkələrinə, Amerikaya və s. – 50 qəpikdir. Burada qiymətlərdə ciddi fərq görürükmü? Belə çıxır ki, öz mobil telefonundansa “Bakı Telefon Rabitəsi” İB taksofonundan MDB və Baltik ölkələrinə zəng vurmaq daha ucuz başa gəlir, digər məqamlarda isə səmərəlilik “Bakсell”in tərəfində olsa da, bu minimal dərəcədədir, bu barədə danışmaq da qeyri-ciddi səslənir. Buradan belə bir sual doğur: əgər “Azərbaycanda ilk mobil operatoru və aparıcı mobil internet provayderi” olan “Bakсell” şirkətinin qiymətləri dövlətin İstehsalat Birliyininin qiymətləri ilə eyniyyət təşkil edirsə, o zaman “Bakcell” hansı sahədə birinci, ən yaxşı və aparıcıdır?
Çoxdan sübut olunub ki, mobil rabitəyə istiqamətlənən GSM texnologiyaları resursları istehsalatda, tikintidə və istismar sahələrində yalnız 15-20 faiz istifadə olunur. 3G texnologiyalarının və xidmətlərinin yayılmasının iqtisadi əsasını bu fakt təşkil edir: 2G şəbəkəsindən 3G-yə keçid zamanı şəbəkənin tutumu 8 dəfə səmərəliləşir, məlumatların ötürülməsinin maya dəyəri 1 Mbayt üçün bir neçə dollardan bir neçə sentədək düşür. Başqa sözlə desək, “Bakсell”in rabitəsi nə qədər yenilənmiş və texnologiyası nə qədər yüksəkdirsə, maya dəyəri bir o qədər aşağıdır. Deməli, xərclər ödənildikdən sonra mobil rabitə şirkətinin də gəliri bir o qədər yüksək olacaq. Bu gəlir aşağıdakı məqamın sayəsində reallaşır: istifadəçilər getdikcə daha çox mobil rabitə şirkətinin nisbətən ucuz və daha texnoloji məhsullarını əldə edirlər, nəticədə şirkət öz xidmətlərinin dəyərini aşağı sala bilər. “Bakсell” şirkətinin nümunəsində biz bunu müşahidə etmirik. Onun təklif etdiyi qiymətlər yüksək olduğu kimi qalır. Şirkət bizim hesabımıza yaşamağa davam edir, minnətdarlıq əvəzinə isə bizə xərcini özümüzün ödədiyimiz guya sosial yönümlü layihələr sırınır…
Belə olan halda bizlərdən kim birinci, ən yaxşı və aparıcıdır?
Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir

    Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir ...

    6-08-2013, 18:33

  • 
  • «Bakcell»in yeni talançılığı

    «Bakcell»in yeni talançılığı ...

    20-12-2012, 13:33

  • 
  • "Hər növ senarilər, reklam mətnləri, mahnı sözləri yazılır"

    "Hər növ senarilər, reklam mətnləri, mahnı ...

    2-12-2015, 14:48

  • 
  • Mobil Nömrələrin Daşınması Xidmətində şok fırıldaqlar

    Mobil Nömrələrin Daşınması Xidmətində şok ...

    25-01-2016, 19:57

  • 
  • “Bakcell”dən kütləvi şəkildə imtina edilir

    “Bakcell”dən kütləvi şəkildə imtina edilir ...

    23-12-2015, 13:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu