Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki ayırıcı zolaqda baş verən çökmənin səbəbi məlum olub. “Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, səhər saatlarında həmin ərazidə su sızması baş verib.
Onun sözlərinə görə, həmin yolun altından 700 diametrlik iki ədəd boru keçir. Həmin boruların qaynaq hissəsində sızma baş verib. Bunun nəticəsində yol çöküb: "Həmin yola bu gün asfalt-beton örtüyü vurulsa da, yol yenə çöküb".
P.Mürsəliyev deyib ki, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri qəzanı aradan qaldırırlar. Bundan sonra yenidən həmin hissəyə asfalt-beton örtüyü vurulacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?