GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Kərəm Həsənova qarşı şok iddialar

Kərəm Həsənova qarşı şok iddialar

Tarix: 14-11-2014, 12:03 Bölmə :Maraqlı Baxış: 0
Kərəm Həsənova qarşı şok iddialar
Mətbuatda Əmlak Məsələləri Dövlət Komitəsinin ( ƏMDK ) sədri Kərəm Həsənovun karyerasını bitirə biləcək bir olay barədə xeyli yazılıb.

Biz bu barədə geniş yazmaq istəmirik. Çünki bəhs edəcəyimiz “möhtəşəm maxınasiya” haqqında müxtəli mətbuat vasitələri bəhs edib. Bizi bu məsələdə konkret personajlar maraqlandırır. Ancaq oxuculara aydın olsun deyə qısa xatırlatma verək.

Yazılanlardan məlum olur ki, dəyəri 7 milyon dollar olan layihəni tenderdə udmaq üçün Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti ƏMDK sədri başqa olmaqla komitənin vəzifəli şəxslərinə böyük miqdarda rüşvət verib.

Ancaq tenderi udan şirkətin əsl sahibi Altan Çətinqaya olsa da prosesin uğurla başa çatması üçün xeyli pul xərcləyən və vasitəçilik edən şəxslər, belə demək mümkündürsə “gizli ortaqlar” olub. Əsas mübahisə odur ki, tender uğurla başa çatandan sonra “gizli ortaqları” kənarda saxlamaq istəyiblər.

Türkiyə tərəfdən “gizli ortaq” Türkmən Çayır adlı şəxsdir. Və bu şəxs anonim-gizli şəkildə deyil, açıq şəkildə mətbuat vasitəsilə öz davasını aparır.

Bizdə olan məlumata görə, uzun çəkişmələrdən sonra tərəflər razılığa gələrək Türkmən Çayırın “zəhmət haqqını” ( məbləğ bizə məlumdur ) ödəyiblər.

Ancaq ”gizli ortaqlar”dan digəri hələ də ona çatası məbləği ala bilmir. Bu şəxs Vüqar Hacıyevdir. Onun barəsində mətbuatda yazılanların siyasi tərəfi bizi maraqlandırmır. Məsələ belədir ki, əslində 7 milyon dəyəri olan bu tender-maxinasiyasında ən vacib şəxs Vüqar Hacıyevdir. Çünki şirkəti tapan da, Türkmən Çayırı bu prosesə qoşan da, onu Kadastr Xidmətinin rəisi Ramiz Quliyevlə tanış edən də və s. Vüqar Hacıyev olub. Hətta bəzi məlumata görə komitə sədri Kərəm Həsənovla birbaşa danışan da Vüqar Hacıyev olub. Yəni bu möhtəşəm maxinasiyanın arxitektoru Vüqar Hacıyevdir. Ancaq sonda bu şəxsi kənarda saxlayıblar. Yuxarıda qeyd etdiyimiz kimi Türkmən Çayır “öz payını” alaraq geri çəkilib. Amma Vüqar Hacıyevlə bağlı məsələ hələ də bitməyib.

Bizdə olan məlumata görə Vüqar Hacıyev dəfələrlə komitə rəhbərliyi səviyyəsində görüşüb və öz haqqını tələb edib. Ona söz veriblər ki, bir müddət sakit dayan… mətbuatdan uzaq ol və …sənin “summan” ( məbləğ bizə məıumdur ) yaxın vaxtlarda veriləcək. Ancaq bu günədək Vüqar Hacıyevə çatmalı olan məbləğ ödənilməyib.

İndi isə məsələnin digər ən biabırçı səhifəsinə nəzər salaq.

Qısaca bildirək ki, açıq tenderi “udmaq” üçün iştirakçı şirkətlərin sənədləri Türkiyə şirkətinə ötürülüb. Və bunu komitə sədri Kərəm Həsənovun göstərişi ilə Kadastr Xidmətinin rəisi Ramiz Quliyev icra edib.

Məlumat üçün onu da bildirək ki, Dünya Bankı Azərbaycanda daşınmaz əmlakın xəritəsini hazırlamaq üçün 70 milyon dollar vəsait ayırıb. Və bu layihədə iştirak etmək üçün xeyli əcnəbi şirkət tenderə qoşulub. Ancaq Komitənin rəhbərliyinə daxil olan şəxslər Dünya Bankının vəsaitindən imtina edərək 76 milyon manat vəsaiti dövlətdən alıblar. Nə üçün ?

Çünki Dünya Bankı tenderin şəffaf keçirilməsini tələb edirdi. Bu tenderdə xeyli sayda əcnəbi şirkət iştirak etməli idi və s. Kərəm Həsənovu isə şəffaf tender deyil, ayrılmış milyonlardan ona çatacaq “otkat” maraqlandırırdı. Ona görə də tenderi saxtalaşdıraraq yuxarıda adı çəkilən türk şirkətini qalib elan edir.

Yəqin ki, nə vaxtsa bu məsələ ölkə rəhbərliyinin də diqqətini cəlb edəcək və günahkarlar haqlı cəzalarını alacaqlar.

P.S. Yazı çapa gedərkən bizə məlum oldu ki, Vüqar Hacıyev komitə rəhbərliyi səviyyəsində yenidən görüşə çağrılıb.

Görüşün nəticəsi barədə növbəti yazıda məlumat verəcəyik.

Qafqaz Xəbər Agentliyi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məmur oğlu sərvətini nümayiş etdirdi

    Məmur oğlu sərvətini nümayiş etdirdi ...

    13-08-2014, 11:55

  • 
  • Kərəm Həsənovu bitirəcək adam danışdı

    Kərəm Həsənovu bitirəcək adam danışdı ...

    19-11-2013, 23:21

  • 
  • Kərəm Həsənov törətdiyi maxinasiyadan yayınmaq istəyir

    Kərəm Həsənov törətdiyi maxinasiyadan yayınmaq ...

    18-11-2013, 18:20

  • 
  • Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - Komitədə dəyişiklik gözlənilir

    Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - ...

    24-01-2014, 15:31

  • 
  • Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq biznesləri…

    Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq ...

    26-05-2018, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu