GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məmur oğlu sərvətini nümayiş etdirdi

Məmur oğlu sərvətini nümayiş etdirdi

Tarix: 13-08-2014, 11:55 Bölmə :Ölkə Baxış: 0
Məmur oğlu sərvətini nümayiş etdirdi

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Ramiz Quliyevin oğlu Mirmahmud Quliyev bahalı maşınlar və milyonluq villalarının şəkillərini paylaşıb

Son dövrlər Azərbaycanda məmur övladları və yaxınları öz sərvətlərini, sürdükləri bahalı maşınları, yaşadıqları milyonluq evləri nümayiş etdirmək yaraşına çıxıblar. Bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının ortaya çıxan fotoları demək olar ki, bu işi dəbə çevirib. Araşdırmalar zamanı isə daha bir məmur oğlunun bu tip hərəkəti üzə çıxıb.

Bu dəfə sərvətini, bahalı maşınlarını nümayiş etdirən şəxs Mirmahmud Quliyevdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Ramiz Quliyevin oğlu olan bu şəxs özünün Facebook sosial şəbəkəsindəki profilində son model «Toyota Camery» maşınını, yaşadığı bahalı villalarının fotolarını yayıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Mirmahmud Quliyev həmçinin adı bir müddət əvvəl korrupsiya qalmaqalına qarışmış «Kutlubey Harita İnşaat və Mühendislik Sanaye Ticaret AŞ» şirkətində çalışır. Özünün profil səhifəsində dəqiq yaşını göstərməyən, lakin fotolarından 22-23 yaşlı olduğu diqqəti çəkən məmur oğlunun belə bir şirkətdə çalışması şübhəsiz ki, atasının hesabına reallaşıb (www.facebook.com/miri.guliyev).

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə bir müddət əvvəl kadastr işlərinin aparılması və xəritəçəkmə məsələləri ilə bağlı elan edilmiş tenderi Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkətinə verib. Bu tenderin dəyəri təqribən 76 milyon manat hesab olunur.

Məlumata görə, iki ilə qədər davam edən bu «şəriklilik» sonradan münaqişəyə çevrilib. Səbəb isə ortadakı pulların təkbaşına yeyilməsi istəyi olub. Elə buna görə də, Kərəm Həsənovun təşəbbüsü ilə ortalıq qarışıb və Türkiyədəki ortaqlar oyundan çıxarılıb. Vurğulanır ki, tenderi “udmaq” üçün Kadastr Xidmətinin rəisi Ramiz Quliyevlə anlaşan ortaqları oyundan kənarlaşdırılıblar.

Həmin məlumatlarda qeyd olunur ki, “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” tenderi udmaq üçün xidmət tariflərini tenderə uyğun qruplaşdırıb. Bunun üçün də komitədəki adamlarına yüksək məbləğdə vəsait ödənilib. Bildirilir ki, tender elan edən təşkilat qalibləri özü müəyyənləşdirir, onların xidmətinə və tarifinə diqqət yetirir. Eyni zamanda, o da deyilir ki, bu xidmət və tariflər isə tenderi təşkil edən təşkilatın gizli silahıdır. Yəni, heç kimə göstərilmir. Çünki bu cür sənədlərin istənilən bir şirkətin əlinə keçməsi tenderin pozulması deməkdir.

Araşdırmalar zamanı məlum olub ki, komitənin adından bütün işləri, tenderin udulması prosesini qurumun kadastr direktoru Ramiz Quliyev aparıb. Şirkətin sahibi Altan Çətinqayanı komitənin sədr və müavinləri ilə də o tanış edib. Anlaşmadan sonra, qalib gəlmək üçün Türkiyə şirkəti Əmlak Komitəsinə külli miqdarda pul da verib.

Qeyd edək ki, “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Bakı ofisinin rəhbəri Mustafa Çakırdı. Onu bu işdə, tenderin udulmasında yardım edən şəxs isə Türkmən Çayır adlı şəxsdir. Tərəflər arasında bir müddət öncə mübahisə düşəndə Türkmən Çayır mətbuata açıqlama verərək bir sıra mətləblərə aydınlıq gətirmişdi.

O bildirmişdi ki, Azərbaycanda bu tenderin udulmasına qədərki bütün mərhələlər haqqında yetərincə bilgisi var. Üstəlik, onu da vurğulamışdı ki, bu layihənin bütün xərclərinə də şərikdir.

«Azərbaycanda Kadastr İdarəsinin rəisi Ramiz Quliyev də daxil olmaqla, məsələ ilə bağlı bütün danışıqlar, yazışmalar, rəsmi və qeyri-rəsmi ödəmələrlə bağlı bilgim var. Biz Ramiz bəylə layihə haqqında söhbət başlayan gündən indiyə qədər birlikdə hərəkət etmişik. İndi Ramiz Quliyev və Altan Çətinkaya məni layihədən kənarlaşdırmaq düşüncəsindədirlər. Mən də təbii olaraq bu məsələyə etirazımı bildirirəm».

Həmin vaxt bütün sirləri açacağını bəyan edən Türkmən Çayırı razı salmaq üçün danışıqlar aparılıb və məsələ müsbət həllini tapıb. Çünki ortada Kərəm Həsənovun da adının hallanacağı kimi bir təhdid vardı. Məsələn, sözügedən şəxs öz açıqlamasında vurğulayırdı ki, tenderin udulması üçün konkret kimlərlə danışıqlar aparıldığını, rüşvətin miqdarını, nazir başda olmaqla digər şəxslərə bu rüşvətdən nə qədər pay düşdüyünü açıqlayacağını bəyan edirdi.

Məlumata görə, bütün bu proseslərdən sonra dövlət büdcəsindən ayrılan milyonlarla pul Kərəm Həsənovla “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin rəhbəri Altan Çetinkayanın nəzarətində qalıb. Türkmən Çayır isə Türkiyədə turizm və inşaat sektorunda fəaliyyət göstərməkdədir. Jam.az

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Məmur oğlu sərvətini nümayiş etdirdi
Məmur oğlu sərvətini nümayiş etdirdi
Məmur oğlu sərvətini nümayiş etdirdi
Məmur oğlu sərvətini nümayiş etdirdi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Oğlu bahalı avtomobillərini nümayiş etdirən prokuror işdən qovuldu

    Oğlu bahalı avtomobillərini nümayiş etdirən ...

    21-01-2014, 11:56

  • 
  • Azərbaycanda məmur oğlu bahalı maşınla qəza törətdi - Məktəbin həyətinə girdi

    Azərbaycanda məmur oğlu bahalı maşınla qəza ...

    28-08-2017, 15:30

  • 
  • Məmur balasının qalmaqallı avtomobili yenə Bakı küçələrində

    Məmur balasının qalmaqallı avtomobili yenə Bakı ...

    30-09-2014, 14:36

  • 
  • İrşad Əliyevin oğlunun avtomobil xəzinəsi

    İrşad Əliyevin oğlunun avtomobil xəzinəsi ...

    19-02-2014, 23:34

  • 
  • Azərbaycanda məmur intihar etdi - FOTO

    Azərbaycanda məmur intihar etdi - FOTO ...

    23-04-2020, 21:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu