GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Əxlaqsız həyat yaşayan insanların aqibəti

Əxlaqsız həyat yaşayan insanların aqibəti

Tarix: 20-11-2014, 20:55 Bölmə :Maraqlı Baxış: 0
Əxlaqsız həyat yaşayan insanların aqibəti

Əxlaqsız həyat yaşayan insanların aqibəti

Allah Quranda "Batildən haqqa tapınaraq üzünü Allah`ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut..." (Rum surəsi, 30) şəklində buyurur və insanları müəyyən fitrət üzrə yaratdığını xəbər verir. Şeytan isə insanlara Allah`ın yaratdıqlarına dəyişdirmələrini əmr edir ("Nisa" surəsi, 119). İnsanı fitrətindən uzaqlaşdırıb hər cür azğınlığa salmağa çalışır. Şeytanın insanları sürüklədiyi azğınlıqların ən bariz nümunələrindən biri isə homoseksuallıqdır. Belə ki, Allah Quranda şeytanın yönləndirməsi ilə hərəkət edib əxlaqsız həyat yaşayan bu insanların vəziyyətini "...Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz; azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" (Ərafsurəsi, 146) şəklində xəbər vermişdir. Bu adamlar Rəbbimizin "Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər" (Nisa surəsi, 27) ayəsi ilə də buyurduğu kimi, bütün insanların doğru yoldan azmasını istəyirlər. Quranda bu insanların alacağı əvəz bu şəkildə bildirilir:
"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar". (Məryəm surəsi, 59)
Bu əxlaq azğınlığı tarixdə fərqli insan cəmiyyətləri arasında da müşahidə olunur. Bu cəmiyyətlərdən biri də bütpərəst Lut qövmüdür. Hz.Lut Rəbbimizə könüldən iman edən gözəl əxlaqlı, təvəkkül sahibi mübarək bir peyğəmbərdir. Qövmünü də Allah`dan qorxub çəkinməyə, Allah`ın qadağan etdiyi bu pozğunluqdan vaz keçməyə və Allah`ın rizasına uyğun yaşamağa dəvət etmişdi. Ancaq qövmü Allah`ın xoşbəxt elçisinin dəvətinə düşmənçiliklə cavab vermişdi. Hz.Lut qövmü bu çirkin cəsarət və əxlaqsızlıq üzündən Rəbbimizin əzabına düçar olmuşdu. Quranda Lut qövmünün qarşılaşdığı aqibət belə xəbər verilir:
"Lutu da peyğəmbər göndərdik. Bir zaman o, öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!" Lut tayfasının cavabı: "Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!" -deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" (Əraf surəsi, 80-84).
Açıq-aşkar xəbərdar olunsalar da, azğınlığa davam edən bu insanlar Hz.Lutu və yanındakı möminləri şəhərdən sürgün etməklə hədələmişdilər. Və: "Onlar təmiz adamlardır" (Əraf surəsi, 82) -deyərək möminlərə lağ etdiklərini sanmışdılar. Qövmünün bu azğınlığına baxmayaraq, hz.Lut Allah`ın razılığı üçün təbliğinə davam etmişdi.

Hz.Lut bir zaman qövmünü xəbərdar etmişdi.

"Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allah`dan qorxun və mənə itaət edin!" (Şüəra surəsi, 160-163).
Hz.Lut qövmündən elədikləri çirkin həyasızlığa son qoymağı və ona tabe olmağı istəmişdi. O, etdiyi bu təbliğin dərhal ardınca onlardan heç bir əvəz gözləmədiyini, yalnız Allah`ın razılığına nail olmaq üçün səy göstərdiyini bildirmişdi:
"Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" (Şüəra surəsi, 164).
Hz.Lut bu sözlərindən sonra qövmünün yaşadığı həyatın nə qədər böyük əxlaqsızlıq olduğunu belə tərif etmişdi:
"Doğrudanmı, siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!" Onlar dedilər: "Ey Lut! Əgər son qoymasan, mütləq qovulacaqsan!" Lut dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!" (Şüəra surəsi, 165-168)
Hal-hazırda bəzi insanlar belə azğınlıqları mümkün və məşru göstərməyə çalışır. Dünyanın dörd tərəfində əxlaqi aşınma və degenarasiyanın artmasının səbəblərindən biri də budur. Halbuki, müsəlman bütün həyatını Allah`ın bildirdiyi hökmlərə görə müəyyən edir. Allah`ın çirkinlik və həyasızlıq kimi tərif etdiyi bu əxlaqi azğınlıq qarşısında iman sahiblərinin davranışı da hz.Lut kimi olmalıdır.
Lut peyğəmbərin bütün cəhdlərinə hədə-qorxu və hücumlarla cavab verən bu ağılsız və əxlaqsız insanların sayca çox olduqlarına görə, arxayın olduqları da ayələrdən görünür. Dindən uzaq yaşayan insanların bir qismi bu cür yanlış bir nöqteyi-nəzərə sahibdir. Yəni saylarının çox olması onlara bir əminlik hissi verir. Ancaq Rəbbimiz bizə tarix boyunca iman edənlərin sayının həmişə az olduğunu bildirir. Hz.Lut qövmündə iman edənlərin sayı üçün Allah ayədə: "Lakin orada bir evdən başqa müsəlman tapmadıq" (Zariyat surəsi, 36) -şəklində buyurur. Ancaq Allah daima möminlərə yardım etmişdir və mühüm olan da budur. Quranda Rəbbimiz səmimi qəlblə iman edən, sadəcə Allah`ın rizasını gözləyən, axirət yurdu üçün saleh işlər görən, İslam əxlaqını insanlar arasında yaymağa çalışan iman sahiblərinin hər zaman qalib gələcəyini vəd edir. Rəbbimizin bu ilahi qanunu yüzilliklər boyunca gerçəkləşmiş, hər zaman azlıqda olan möminlər özlərindən sayca çox olan qövmlərinə qarşı mübarizədə böyük zəfərlər əldə etmişdir.

Hz.Lutun qövmünün həlak edəcəyinin xəbəri elçilər tərəfindən ilk öncə hz.İbrahimə bildirilir:
"Dedi: "Ey elçilər! Sizin işiniz nədir?" Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur! Nəhayət, orada olan möminləri çıxartdıq. Lakin orada bir evdən başqa müsəlman tapmadıq". (Zariyat surəsi, 31-36)
Elçilər hz.İbrahimdən sonra hz.Lutun yanına getmiş və ona da bu həlak barədə xəbər vermişdilər. Müsəlman cəmiyyət isə bu həlakdan qorunacaqdı. Allah Lut qövmünü necə bir əzabla həlak etdiyini belə bildirir:
"And olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!" - dedik" (Qəmər surəsi, 37).
Tarixçilər Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin "Lut gölü" və ya "Ölü dəniz" kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şəriyə ilə İordaniya arasında qalan Lut gölünün yanında yerləşən tarixi Sodom və Qomorra şəhərləri hz.Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir. Bölgədə aparılan arxeoloji araşdırmalar Lut gölünün sahillərində yerləşən bu şəhərlərin böyük zəlzələ nəticəsində aşağı çökdüyünü göstərir. Tədqiqatçılara görə, Lut gölünün bir hissəsini yerin dərinliklərinə girən Lut qövmünün qalıqları təşkil edir.
Pompey xalqı Lut qövmü ilə eyni aqibəti yaşadı

Pompey Romada əxlaqi degenerasiyanın simvolu idi. Pompey xalqı da eynilə Lut qövmü kimi cinsi azğınlığa yönəlmiş, Allah`ın əmr etdiyi əxlaqa və həyata zidd olan həyat tərzini seçmişdi. Ancaq onların da aqibəti Lut qövmü kimi oldu. Çünki Allah`ın əmrinə qarşı çıxan hər xalq bunun əvəzini mütləq dünyada, ya da axirətdə alır. Bu, Allah`ın bir qanunudur və Allah "Sən Allah`ın sünnəsində heç bir dəyişiklik tapmazsan!" (Fatir surəsi, 43) ayəsi ilə bu həqiqəti bizlərə xəbər verir.
Pompeyin həlakı Vezuvi vulkanının püskürməsi ilə baş vermişdir. Vezuvi vulkanı İtaliyanın, xüsusilə də Neapol şəhərinin simvoludur. Təxminən 2000 ildən bəri susqun olan Vezuvi “İbrət dağı" adlandırılır. Məşhur Sodom və Qomorra şəhərlərinin başına gələn fəlakətlə Pompey faciəsi bir-birinə çox bənzəyir. Vezuvinin qərb yamacında Neapol, şərq yamacında isə Pompey şəhəri yerləşir. Təxminən 2000 il öncə baş vermiş lava və kül püskürməsi böyük bir fəlakət olaraq bu şəhərin insanlarını ani şəkildə yaxalamışdı. Fəlakət elə ani olmuşdu ki, hər şey 2000 il əvvəl olduğu kimi qaldı. Sanki zaman donduruldu.
Pompeyin belə fəlakətlə yer üzündən silinməsində, əlbəttə, dərs alınacaq hikmətlər var. Tarixi qeydlər şəhərin yox olmazdan öncə tam bir səfahət və azğınlıq mərkəzi olduğunu göstərir. Ancaq Vezuvinin lavaları bir anda bütün şəhəri xəritədən sildi. Hadisənin ən maraqlı tərəfi isə şəhərin gündəlik yaşayışı içində Vezuvinin qorxunc partlamasına baxmayaraq, heç kəsin qaça bilməməsi və olduğu yerdə donub fəlakətdən bixəbər olması idi. Yemək yeyən bir ailə o andakı kimi eynilə daşlaşmışdı. Pozğunluq əsnasında daşlaşmış bir çox insan tapılmışdı. Daha əhəmiyyətlisi odur ki, bu insanlar arasında eyni cinsdən olanlar, kiçik oğlan və qız uşaqları da vardı. Pompey qalıqlarından çıxarılan daşlamış insan cəsədlərinin bəzilərinin üzləri heç pozulmadan qalmışdı. Ümumi üz ifadəsi çaşqınlıq idi. Çünki bu xalq Allah`ın ayələrində bildirildiyi kimi, birdən-birə yox olmuşdu. Allah bu mövzuda bir şəhər xalqını belə nümunə verir:
"Onlara ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər". (Yasin surəsi, 29)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Quranda və Peyğəmbərimizin (səv) yaşadığı dövrdə İslam

    Quranda və Peyğəmbərimizin (səv) yaşadığı dövrdə ...

    16-12-2014, 01:05

  • 
  • Şeytanın vəsvəsələrindən qorunmağın YOLLARI

    Şeytanın vəsvəsələrindən qorunmağın YOLLARI ...

    21-02-2016, 00:30

  • 
  • Şeyx: “Şeytan üçün ehsan verirlər”

    Şeyx: “Şeytan üçün ehsan verirlər” ...

    23-10-2014, 12:44

  • 
  • Başqalarının işlərinin düyününü açana, Allah hər nə istəsə verər

    Başqalarının işlərinin düyününü açana, Allah hər ...

    18-03-2017, 21:54

  • 
  • Ruzini artıran və azaldan amillər

    Ruzini artıran və azaldan amillər ...

    13-10-2015, 22:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu