İslam ərəbcə sülh sözü ilə eyni mənanı verir. İslam dini Allah'ın sonsuz mərhəmət və şəfqətinin dünyada təcəlli etdiyi sülh və rahatlıqla dolu həyatı insanlara bəxş etmək üçün endirilmiş dindir. “Bəqərə” surəsinin 208-ci ayəsində Allah: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!” -deyə xəbər verir.
İslam dini gözəllik və sevgi dinidir. İslama olan bağlılığın mənbəyi Allah sevgisidir. Möminlər Allah'ı çox sevirlər, həyatlarının hər anında Allah'ın sevgisini və rizasını qazanmaq üçün cəhd edirlər. Şübhəsiz, Peyğəmbərimiz (səv) Allah'ı hamıdan daha çox sevirdi. Allah'ı çox sevdiyi kimi, Allah qorxusu da olduqca çox idi. Allah'ı çox sevdiyi və Allah'dan çox qorxduğu üçün Onun rizasına uyğun olmayan, Onun bəyənmədiyi hər cür əxlaqdan uzaq idi. Yaşadığı müddət ərzində Allah'a tam tabe olmuş, Allah'ın əmrlərindən kənar çıxmamışdır. İslam azadlıq dini olduğu üçün hər kəs öz seçimində azad olmalı, dində məcburiyyət olmadığı üçün heç kimə inancına görə təzyiq edilməməlidir. Zaman ərzində Qurandan uzaqlaşan insanlar xurafatlarla və saxta hədislərlə dinimizi radikallaşdırmağa çalışmış, İslamı zorla qəbul etdirməyə çalışaraq dinin özündən uzaqlaşmışlar. Bir çox saxta hədislərlə dini zorla qəbul etdirməyin doğru olduğunu, Allah'a iman etməyənlərin öldürülməli olduğunu təlqin etməyə çalışmışlar. Beləliklə də İslamı dəhşətli din kimi göstərib insanları Allah`a imandan uzaqlaşdırmağı hədəfə almışlar. Halbuki Peyğəmbərimiz (səv) həyatı boyu Qurandan kənar heç bir söz söyləməmiş, insanlara sadəcə Allah'ın vəhyini çatdırmışdır. Açıqlamaları hər zaman Qurana uyğun olmuşdur. Bir ayədə Allah: “Əgər bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi” (Haqqə surəsi, 44-47) -deyə buyurur. Ayədən də göründüyü kimi, Peyğəmbərimiz (səv) Qurandan, Allah'ın ilham etdiklərindən əlavə heç bir söz söyləməmişdir. Bunun üçün Qurana uyğun olmayan heç bir hədisin İslam dininə aid olduğu deyilə bilməz. Peyğəmbərimizin (səv) həyatına baxdığımız zaman Quranın əmrinə uyğun olaraq İslamı qəbul etdirmək üçün heç vaxt məcburiyyətə yol vermədiyini görərik. Allah ayələrdə cana qıymağın haram olduğunu bildirdiyi üçün Peyğəmbərimiz (səv) illərlə Məkkədə özlərinə işgəncə verən müşriklərə qarşılıq verməmiş, artıq işgəncələrə dözmək mümkün olmadığı zaman Mədinəyə hicrət etmişdir. Mədinədə də müşriklərin işgəncəsi, İslamı seçən səhabələri öldürmək cəhdi davam etdiyi üçün Allah müsəlmanlara özlərinə qarşı vuruşanlarla vuruşmağa izin vermişdir (Həcc surəsi, 39). Ayədə sadəcə İslamı qəbul etdikləri üçün onlarla düşmənçilik edənlərə, canlarına qıyanlara qarşı özünü müdafiəyə izin verilmişdir. Yəni müsəlmanlar sadəcə özlərini müdafiə etmək hüququna malikdirlər. Özlərinə qarşı vuruşmayan, canlarına qıymayanlara qarşı savaş hüququ yoxdur. Bütün müsəlmanlara nümunə olan Peyğəmbərimiz (səv) İslamı təbliğ etmək üçün heç vaxt təzyiqə yol verməmişdir. Quranın hökmünə əsasən, İslamı təbliğ edərkən ən gözəl üslubdan istifadə etmiş, ən gözəl bir tərzdə nəsihət verib dinə dəvət etmişdir (Nəhl surəsi, 125). Hətta bir ayədə Allah müsəlmanları onlardan aman istəyən müşrikləri öz canları bahasına olsa belə, rahat olacaqları yerə aparmaqla məsul etmişdir. İslamda bu cür şəfqət və mərhəmət olduğu halda, dini dəhşətli hala gətirən radikallar qətiyyən əsl müsəlman hesab edilə bilməzlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?