GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » 10 yaşlı “vorzakon”: “Hacının atası anasının arvadıdır…”

10 yaşlı “vorzakon”: “Hacının atası anasının arvadıdır…”

Tarix: 21-11-2014, 01:55 Bölmə :Maraqlı Baxış: 0
10 yaşlı “vorzakon”: “Hacının atası anasının arvadıdır…”

“Səfillər” layihəsində

Köhnə “Ramstorq”un yaxınlığındakı tıxac səbrimi tükətdi. İmkan tapıb maşını kənarda saxladım ki, həm siqaret çəkim, həm də tıxacın başa çatmasını gözləyim.

Bu vaxt iki uşaq diqqətimi çəkdi.

Üst-başları nimdaşdır. Yolun kənarında yaradılmış parkdakı çəmənlikdə süpürləşirlər. Əslində, belə məqamlarda bu yaşda və bu görkəmdə olan uşaqlar maşınlara yaxınlaşıb ya çörəkpulu dilənir, ya da maşınlarının şüşəsini silmək istəyirlər ki, pul qazansınlar. Amma bunların bu anı bəxtəvər uşaqlıq həyatı yaşayan tay-tuşlarından heç də fərqlənmirdi. Dünya onların yanından ötüb keçirdi: tıxacı, hündürmərtəbəli binası, geniş küçəsi, tox insanları və bütün qayğıları, acıları, şirinləri ilə...

Arada bir-birinə etdikləri şit zarafatlar, söyüşlər də saf idi - üst başları, sir-sifətlərinə rəğmən. Az qala kirpiklərinə qədər əlləri və çöhrələri pas içində idi. Mis mədənindən çıxıblar, elə bil.

Onları dünyasından ayırmağa tələsmirəm. İçimdən onlara qoşulmaq keçir. Uşaq vaxtımızda azmı oynamışıq belə? Şalvarlarımızın dizi, arxası azmı göy otların rənginə boyanıb. Uzaq illərin arxasında qalan uşaqlıq dostlarımı xatırladım... Beləcə söyüşlər də söyərdik və bu söyüşlər heç də harasa ünvanlanmazdı, havadaca əriyərdi.

Qız-zadıq, alə?

Eynən uşaq vaxtlarımdakı kimi, hündürdən fit çalıb uşaqları dünyasından ayırdım. Hər ikisi əyləncəyə ara verib, mənə tərəf baxdı. Boyca balaca olan daha diribaş görünürdü. Elə o da sağ əlini qabağa uzadıb yellədi: yəni, nə məsələdir?

- Bura gəlin, sizə sözüm var, - səsimdəki ərki tutdular.

- Nə söz? - yenə də balacaboy uşaq dilləndi, tanış olmayan adama inamsızlıq vardı bu iki kəlmədə.

Sonra öz aralarında nə isə danışdılar. Səssizcə hələ o qədər də möhkəm ayaq tutmayan küknar ağacının dibində çömbəldilər. “Uşaqları oyunlarından etdim”, - fikirləşə-fikirləşə onlara yaxınlaşdım:

- Gəlin tanış olaq, mənim adım...

- Qız-zadıq, alə, bu bizimlə tanış olur? – dostuna müraciət edən balacaboyun sifətində uşaqlığın bayaqkı saf, səmimi çalarları yoxa çıxmışdı. Həm də tanımadıqları adamın onlarla belə ərklə danışması görünür, ona xoş olmamışdı.

Oynamırdıq, eləcə atılıb-düşürdük

Gülürəm. Bir az da yaxın gəlib, bərabərlərində dururam:

- Yox, niyə ki, gərək elə sən deyən ola? Mən bayaqdan sizə fikir verirəm, o qədər səmimi oynayırdız ki...

- Nə təhər oynayırdıq? – üzündə həyasız bir ifadə göründü.

Yox, deyəsən, bu balacaboy uzundraza imkan verməyəcək söhbətə qarışsın. Səsində təkəbbür və arxayınlıq var. Bu, nədənsə məni bir qədər pərt etdi. Amma büruzə vermədim:

- Səmimi oynayırdız.

- Demək istəyirsən ki, yaxşı oyun oynayırdıq?- yenə də balacaboy dilləndi.

Hündürboylu oğlana acığım tutdu. Dilini ağzında kilidləyib, danışmır.

- Hə, elə də demək olar, yaxşı oynayırdız.

- Biz oyun-zad oynamırdıq, eləcə atılıb-düşürdük, - yenə də o danışır.

- Nə isə, baxdım sizə, 40-42 il bundan qabaq belə çəmənlikdə oynamağım yadıma düşdü, - tamam dilxor oldum.

- O vaxtı da qazon vardı? – balacaboy diqqətlə gözümün içinə baxıb həyasızcasına irişdi.

- Yaxşı da, dayan görək, dayı nə deyir, – axır ki uzundurazın da dili açıldı...

Axırda da dalımıza bir təpik...

Adlarını soruşuram. Balacanın adı Vaqifdir, uzunun adı Hacı.

Sadəcə, vaxtım olduğu üçün onlara baş qoşduğumu və sorğu sualımda da pis bir niyyətimin olmadığını deyirəm. Hər ikisinin deməsindən məlum olur ki, pislik niyyətim olsa belə, onlara heç nə edə bilməzlər. Çünki:

- Sənin kimi day-dayları çox görmüşük. Aldadıb, aparıb həyətlərində işlədib, axırda da dalımıza bir təpik vurub qovublar. Ona görə də heç kəsin həyətində, evində işləmirik.

- Yox, a bala, mənim elə fikrim də yoxdur. Sadəcə, mehriban-mehriban oynamağınız diqqətimi çəkdi. Amma üst-başınızı da pis günə qoyursuz.

Hər ikisi şalvarına, üst-başına əl çəkir:

- Onsuz da yaman gündəyik, bu, bizim iş paltarımızdır.

Artıq söhbətimiz alınır. Vaqif gödəkcəsinin cibindən siqaret çıxarır. Tüstünü qoca kişilər kimi ciyərlərinə çəkir, cavan oğlanlar kimi dodaqlarının arasından bayıra üfləyir. Çəmənliyə yayxanır. Əlini sifətinə qoyub dirsəklənir.

- Harada işləyirsiz, nə işlə məşğulsuz?

- İşləyirik də... burdan, - əlini Babək prospektinə tərəf uzanan körpüyə uzadır, - Ağ Şəhərdəki söküntülərin arasından dəmir toplayıb satırıq. İndi yenə də gedəcəyik.

- Bir şey çıxır? – qazancı nəzərdə tuturam.

- Allah bərəkət versin. Hər gün adama ən azı 17-18 manatlıq dəmir satırıq. Kilosunu 6 qəpikdən veririk.

Atam avtoritetdir

- Kimə satırsız?

- “Qaz-10” var, onun şoferinə. Bu gün iki maşın vermişik. Yenə də gedəcəyik, - bunları isə Hacı deyir. Hiss edirəm Vaqifin xoşuna gəlmir dostunun onlara məxsus kommersiya sirrini dağıtmağı.

- Mane olmurlar? – soruşuram.

Bu dəfə Vaqif dillənir:

- Yox, niyə, mane olsunlar. Ərazini təmizləyirik də...

- Bəs valideynləriniz hardadır?

- Bizim valideynimiz-zadımız yoxdur, - Vaqif deyir.

- Var e... rayonda olurlar. Biz gəlmişik, işləyib onlara kömək edək, – bunu isə Hacı deyir.

- Vaqif, sən diribaş uşaqsan, neçə yaşın var?

- Mənim 10 yaşım tamam oldu. Hacı isə məndən iki sinif yuxarıda oxumalıydı. Məktəbə getmədik. Gəldik Bakıya. Keşlədə ev tutmuşuq. Orda qalırıq. Tikintidə bizi işə götürmədilər.

Atasını soruşuram. Vaqif arxayın səslə, siqaretini uzandığı yerdə dabanı ilə söndürüb deyir:

- Mənim atam avtoritetdir. İçəridədir - “zon”da. Mənə deyib ki, heç kəsdən qorxma. Kişi kimi böyü. Bunun atası isə, - başı ilə Hacını göstərir, - anasının arvadıdır. Anası nə desə, atası onunla hesablaşır, - deyir və ayağa durub, Hacının arxasına təpiklə vurur. Hacı Vaqifə yağlı bir söyüş üfürür:

- Arvad oğlu, arvad. Sənin də dədəndən xəbərin yoxdur. Arvad umuduna qalıbsan.

- Guya sənin dədən ananın yanındadır, nə qazanmısan? Mən olmasam, keşlə uşaqları minmişdi səni...

Böyüyəndə “vorzakon” olacam

Şitliyi tutmuşdi balacanın və dostundan boyca aşağı da olsa, nüfuzca yuxarı olmasını göstərmək istəyirdi.

- Yaxşı mübahisə etməyin. Bax, indi balacasız, dəmir yığıb satrsız. Ailəyə kömək edirsiz. Amma böyüyəndə də bir sənət sahibi olmalısız, ya yox? Nə fikirləşirsiz?

- Mən böyüyəndə “vorzakon” olacam. İndi isə hələ başımı girələyirəm dəmir-dümürlə.

- Niyə “vorzakon”?

- Ona görə ki, onlardan hamı qorxur. Düzgün adam olurlar. Varlıların pulunu alıb kasıblara verirlər.

Deyəsən bu uşaq özünün uçurum qarşısında olduğunu hiss etmir. Onu bacardıqca bu fikirlərdən daşındırmaq istəyirəm:

- Vaqif, bax, indi belə deyək də, sən iş qurubsan, dəmir satıbsan, çoxlu pul qazanıbsan, razı olarsan ki, sənin pulunu əlindən alsınlar?

Fikrə gedir. Ayaqları ilə otları eşir və birdən deyir:

- Mənim pulum olmayacaq, çünkü mən “vorzakon” olacam. Adamları aldadıb pulunu alanların pulunu alıb özünə qaytaracam. Bax, burda, Ağ şəhərdə neçə dənə ev sökdülər. Evlərin sahibinə verilən pul qədər də vəzifəlilər qazandı. Onlar haram pul qazandılar. Bax onlardan alacam o pulu, bu Hacı kimi dədəsi anasından qorxan yazıqlara verəcəm. Deyəcəm, kişi kimi yaşayın.

- Vaqif, olmaz ki, oxuyasan, polis olasan, prokuror olasan, elə əliəyriləri qanunla cəzalandırasan?

- Yox, mən sən deyənlərdən olmaram...

Polisə hər gün 2 manat veririk

- Niyə?

- Day-day, özün də yaxşı bilirsən, mən gedib orada işləyə bilmərəm. Hər gün onlara 2 manat veririk hərəmizə.

Üzünü dostuna tutur:

- Vermirik? Din də, yekə kişisən, dədən kimi başını soxursan paçanın arasına, dilin yoxdur? – sonra mənə tərəf çevrilir. - Mən istəmirəm onlar kimi olum. O iki manatı verirəm ha onlara, əvəzində bəlkə də 200 dəfə söyürəm.

Anladım ki, bu uşağın təfəkküründə ancaq qaranlıq mühit “işarır”. Təhlükəli idi. Bu, təkcə onun yox, bu yaşda olan bir nəslin uçurum qarşısında olması idi. Ona öz ailəsindən, atasız böyüməyin çətinliyindən bəhs etmək, fikrindən daşındırmaq qərarına gəldim.

Şalvarını dartıb əynindən çıxartmışdı

- Vaqif, atan niyə tutulub?

- Bələdiyyəni bıçaqlamışdı.

- Niyə?

- Günahı vardı. Atama demişdi ki, sən kişi deyilsən. Atam da kənd çayxanasında onun şalvarını dartıb əynindən çıxartmışdı. Yumşaq yerinə də iki bıçaq vurmuşdu...

Elə sərbəst danışır ki...

- Niyə? – bu dəfə mən siqaret yandırıram, əlini uzadıb birini də o istəyir. Sonra:

- Sahəmizi suvarmaq üçün su vermirdi. Atamla mübahisəsi düşmüşdü. Sonra da atama lağ edib demişdi ki, kişinin pulu olar, adı-sanı olar, sən hələ budkalardan nisyə içdiyin qəndin-çayın pulunu ver, sonra adam arasına çıx. Atam da onu o günə qoymuşdu. İndi onun oğluna “dalı açığın oğlu” deyirlər, - deyir və ləzzətlə gülür. Yenə də dostunu dediklərini təsdiq etməyə vadar edir, - düz demirəm, alə?

Hacı dinmir. Eləcə başını aşağı-yuxarı aparır.

- Amma sənin atan bələdiyyə sədrindən şikayət etsəydi, suyu da alardı, əkinini də suvarardı, tutulmazdı da. Heç olmasa polisə deyəydi.

- Demişdi. “Uçaskovı” da gəlib bələdiyyə ilə yeyib-içmişdi. Atamı da idarəyə çağırdıb demişdi ki, sən vəzifəli adamın iş görməsinə mane olursan. Özünü yığışdır. Tutub ataram içəri, - yenə də Hacıya dönür, -Düz demirəm, alə?

Hacı yenə də başını aşağı yuxarı tərpədir.

Biz parovoz sürə bilərik?

Kənardan bir neçə yeniyetmə uşaq keçir. Onları göstərirəm:

- Sənin yaşıdlarındır. Bax, görürsən, necə səliqəli geyiniblər. Ataları da çox güman ki, evlərindədir. Demirəm ki, sənin atan pis adamdır. Amma onu elə cəzalandırardı ki, heç həbs də olunmazdı. Sən də oxuyardın, bir sənət sahibi olardın.

Vaqiflə söhbətimiz xeyli çəkdi. Uşağı inandıra bildim ki, onun arzusu heç də yaxşı arzu deyil. O, mütləq oxumalı, ata-anasına sahib durmalıdır. Bizi söhbətimizdən yaxınlıqdan keçən qatarın fit səsi ayırdı. Vaqif gedən qatarın ardınca baxıb, dostu Hacının qoluna girdi:

- Day-day, bizdən parovozsürən olar?

Ürəkdən güldüm:

- Niyə olmur ki, lap təyyarəsürən də olar...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 54 yaşlı kişi qızının rəfiqəsi ilə evləndi

    54 yaşlı kişi qızının rəfiqəsi ilə evləndi ...

    21-01-2015, 21:13

  • 
  • “Sürücülər bizimlə yaxınlıq edirdilər”

    “Sürücülər bizimlə yaxınlıq edirdilər” ...

    28-08-2017, 22:37

  • 
  • ÜST: Çimərliklərdə ehtiyatlı olmaq lazımdır

    ÜST: Çimərliklərdə ehtiyatlı olmaq lazımdır ...

    26-05-2020, 13:31

  • 
  • “Sürücülər bizimlə yaxınlıq edirdilər”

    “Sürücülər bizimlə yaxınlıq edirdilər” ...

    20-08-2017, 15:18

  • 
  • Üzdəniraqlar Bakıda sürücüyə hücum etdi: “Müştərimiz yox idi, pulumuz qurtarmışdı”

    Üzdəniraqlar Bakıda sürücüyə hücum etdi: ...

    20-08-2017, 14:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu