GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Üzdəniraqlar Bakıda sürücüyə hücum etdi: “Müştərimiz yox idi, pulumuz qurtarmışdı”

Üzdəniraqlar Bakıda sürücüyə hücum etdi: “Müştərimiz yox idi, pulumuz qurtarmışdı”

Tarix: 20-08-2017, 14:06 Bölmə :Kirminal Baxış: 372
Üzdəniraqlar Bakıda sürücüyə hücum etdi: “Müştərimiz yox idi, pulumuz qurtarmışdı”


Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan dörd nəfərdən ibarət dəstə üzvləri - 27 yaşlı Nurlan Hacımayılzadə, 21 yaşlı Adəm Lətifov, 20 yaşlı Saleh Sadıxov və 20 yaşlı Taleh Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Nurlan Hacımayılzadə bu ilin fevral ayında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 6,751 qram marixuana aşkar edilərək götürülüb.

Dəstə üzvləri Adəm Lətifov, Saleh Sadıqov və Taleh Mirzəyev Bakı-Qazax avtomobil yolunun Sahil qəsəbəsi ərazisindən keçən 38-ci kilometrində sürücü Tariel Məmmədovun idarə etdiyi “Şaqman” markalı yük avtomobilini saxladıqdan sonra yerə düşməsini görüb, əvvəlcədən razılaşdıqları kimi, onun üstünə hücum çəkərək qarın nahiyəsinə və sifətinə yumruqla zərbələr endiriblər. Yük maşınının sürücüsünün cibindən götürdükləri 400 manat pulu öz aralarında bölüblər.

“Pulumuz qurtarmışdı, müştəri isə yox idi”

Əvvəllər xuliqanlıq törətdiyinə görə 1 il müddətinə islah işləri cəzasına məhkum edilən cinsi azlığın nümayəndəsi - “Aygün” ləqəbi ilə çağırılan Adəm Lətifov ifadəsində təqsirləndirilən şəxslərin onun dostları olduğunu, çox vaxt Sahil qəsəbəsi yaxınlığında, yolun kənarında dayanıb müştəri gözlədiklərin deyib:

“Magistral yolun kənarında dayanırdıq, arabir yük avtomobillərinin sürücüləri maşını saxlayıb bizimlə yaxınlıq edirdilər. Hər müştəridən 10-15 manat pul qazanırdıq. Bir həftəyə yaxın idi ki, pulumuz qurtarmışdı. Bizimlə yaxınlıq etmək istəyən də yox idi. Ona görə də, belə qərara gəldik ki, tək olan sürücülərə yaxınlaşıb onların pullarını oğyrlayıb qaçaq. İlk dəfə idi ki, belə bir iş görmək fikrinə düşmüşdüm”.

Bu məqsədlə “rəfiqələr” gecə saatlarında Bakı-Qazax yolunun kənarına gəliblər. “Aygün”lə rəfiqəsi “Banu” (Taleh Mirzəyev) yola yaxın məsafədə, “Hulya” (Saleh Sadıqov) ilə “Pərvanə” (Nurlan Hacımayılzadə) isə onlardan bir qədər kənarda dayanıblar. Aralarındakı razılaşmaya əsasən, “Banu” sürücüyə yaxınlaşmalı, kənardan kimsə gəldiyi halda “Hulya” ilə “Pərvanə” xəbər verməli imiş. Təxminən 10-15 dəqiqə sonra “rəfiqələr”in durduğu yerin yaxınlığında yük maşını dayanır:

”Sürücü maşından düşüb ayaqyoluna getdi. Ona iradımı bildirdikdə məni söydü. Mən də təpiklə qarnından vurdum. Bu zaman “Banu” sürücünün cibindəki pulları çıxarıb öz cibinə qoydu. Sürücü pulları tələb etdikdə “Hulya”gilə dedim ki, ona daş atsınlar. Bunu görub sürücü maşına sarı getdi. Oradan taksiyə minib Xocahəsən yoluna gəlib müştəri gözlədik. Pulları aramızda bölüşdürdük”.

“Arada narkotikdən istifadə edirəm”

Təqsirləndirilən “Pərvanə” ləqəbli Nurlan Hacımayılzadə oxşar məzmunlu ifadə verib:

”Adım Nurlandır, amma dostlarım məni “Pərvanə” deyə çağırır. Hadisə baş verən gün “Aygün” sürücüyə iradını bildirdi, maşını niyə yolun kənarında saxladığını soruşdu. Aralarında dava düşdü, “Aygün” sürücünü təpiklə qarnından vurdu. “Banu” sürücünün cibindən pulunu götürdü. Sürücü bizə tərəf gəlib pulunu geri istəyəndə “Hulya” ilə mən yerdən daş parçaları götürüb ona tərəf atdıq. Daş parçalarının bir neçəsi maşına dəydi. Sürücü bundan sonra bizdən aralanıb maşına tərəf getdi”.

“Pərvanə” ifadəsində arada narkotik vasitələrdən istifadə etdiyini bildirib:

”Hadisədən bir müddət əvvəl “Papanin” adlanan ərazidə tanımadığım şəxsdən 40 manata 2 kibrit qutusu marixuana almışdım. Ertəsi gün polis əməkdaşları məni saxlayaraq polis bölməsinə apardılar. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi və narkotik vasitı aşkar olunaraq götürüldü”.

Təqsirləndirilən şəxs qismində dindirilən “Banu” ləqəbli Taleh Mirzəyev və “ Hulya” ləqəbli Saleh Sadıqov da anoloji ifadə veriblər.

Zərərçəkmiş şəxs qismində dindirilən Tariel Məmmədov ifadəsində etibarnamə əsasında idarə etdiyi “Şaqman” markalı yük avtomaşını ilə daş karxanalarından mişar daşı yükləyib Gədəbəy rayonuna apardığını, mişar daşlarını satmaqla ailəsini dolandırdığını deyib:

“Hadisə baş verən gün Qaradağ rayonuna mişar daşı almaq üçün gəlmişdim. Axşam saatlarında ayaqyoluna getmək üçün avtomobili yolun kənarında saxladım. Elə bu vaxt qız simasında bir nəfər yaxınlaşıb məni təhqir etdi ki, yolun kənarına ayaqyoluna getmək olmaz. Mən də onu söydüm. Danışığından qarşımdakı şəxsin qadın olmadığını hiss etdim. Amma onu qadından ayırmaq mümkün deyildi. Bu vaxt qəflətən mənə qarnımdan təpik vurdu. Mən maşına söykənəndə sifətimə yumruqla vurdu, özümü itirdim. Onun yanında dayanan o birisi tayı cibimdən pullarımı çıxardı və qaçdı. Onların arxasınca gedəndə daha iki nəfər yolun kənarında dayanmış şəxs mənə sarı daş atmağa başladılar. Daş mənə dəyməsə də, maşına dəydi. Onlara yaxınlaşmağın mümkün olmadığını görüb, 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat verdim. Hadisə yerinə polis əməkdaşları gəldi”./virtualaz.org

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Narkotik daşıyan dəstə tutuldu

    Narkotik daşıyan dəstə tutuldu ...

    21-12-2012, 14:08

  • 
  • Polis  Metroda marixuana aşkar etdi

    Polis Metroda marixuana aşkar etdi ...

    18-11-2013, 11:44

  • 
  • Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb.

    Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb. ...

    13-01-2016, 12:47

  • 
  • Narkotiklərlə bağlı xüsusi əməliyyat

    Narkotiklərlə bağlı xüsusi əməliyyat ...

    7-02-2015, 00:22

  • 
  • 18 yaşlı dəstə başçısına cəza verildi

    18 yaşlı dəstə başçısına cəza verildi ...

    22-10-2016, 00:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (78)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu