Gənc qız arzulayanların əylənə bilmələri üçün “Qucaqlaşmaq ofisi” açıb.
ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yaşayan Samanta Hess öz müştərilərinə pul qarşılığında qucaqlaşmaq xidməti göstərir.
Müştərilərindən 1 saat üçün 60 dollar alan S.Hessin bu xidmətindən yararlanmaq istəyənlərin sayı inanılmaz dərəcədə çoxdur. Bir həftə ərzində 10 min civarında kişi Samantaya e-maillə müraciət edərək növbə tutub.
Qeyd olunur ki, S.Hess yaxın müddətə qədər də bu işlə peşəkar səviyyədə məşğul olub – sadəcə, o zaman gənc qız özü müştərilərinin evinə gedirdi.
S.Hessin açdığı “Cuddle Up To Me” (“Mənə sarılıb yat”) adlı məkanda bir saat müddətində müştərilərə saç oxşama, əl-ələ tutma və müxtəlif vəziyyətlərdə qucaqlaşmaq xidməti göstərilir.
Həftədə 5 gün fəaliyyət göstərən bu məkanda qucaqlaşma zamanı söhbətləşmək məcburi olmasa da, müştərilərin pijama geymələri istənilir.
Sorğu
Yeni dizaynımız necədir?