Qızın yaxınları müalicə üçün lazım olan 60 min dollar pulu toplaya bilməyiblər
Beyin xərçəngindən əziyyət çəkən gənc qız Zivər Vəkilova vəfat edib. Bu barədə qızın dostları “Facebook” sosial şəbəkəsində məlumat veriblər.
Verilən şərhlərdə bildirilir ki, qızın yaxınları müalicə üçün lazım olan 60 min dollar pulu toplaya bilməyiblər.
Məlumatda bildirilir ki, Zivər Vəkilova Azərbaycan Dövlət İqtisadiyya Universitetinin tələbəsidir. Qız kimyəvi terapiyadan keçib, Moskvada, İsraildə müalicə alıb. Lakin tam müalicə üçün ona hüceyrələrin transplantasiyası ilə yanaşı böyük dozalı kimyəvi terapiya tələb olunurdu. Buna isə 60 min dollar pul lazım olub.
Lakin qızın valideynlərində bu məbləğdə pul tapa bilməyiblər. Yazılan şərhlərdə bildirilir ki, ADİU-nin tələbələri qızın müəlicəsinə pul yığılması üçün kampaniyaya başlasalar da, lazımı məbləğ yığılana qədər qız dünyasını dəyişib.
Sorğu
Yeni dizaynımız necədir?