“Müsəlman dünyasının gözəli” yarışmasının builki qalibinin adı bəlli olub.
gundemxeber.az saytı axsam.az saytına istinadən bildirirki, gözəllik müsabiqəsinin İndoneziyada baş tutan final gecəsində Tunis təmsilçisi 25 yaşlı Fatimə Ben Qifraçe qələbə çalıb.
Yarışmanın qalibinə qızıl saat və Məkkəyə səyahət hədiyyə olunub. Birinci olduğunu eşidən Fatimə göz yaşlarını saxlaya bilməyərək “Allah mənə öz missiyamı yerinə yetirməyimə kömək etdi” deyib.
Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş gözəllik müsabiqəsində müsəlman ölkələrindən 18 namizəd iştirak edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?