“Dünya gözəli” təşkilatının prezidenti Paula M.Şuqart və “Dünya gözəli - 2014” müsabiqəsinin qaliblərindən biri Qabriela İsler Bakıdadır.
1news.az bildirib ki, qonaqlar ilk olaraq Heydər Əliyev adına mərkəzə səfər ediblər və ümummilli liderə həsr edilmiş eksponatlara tamaşa ediblər. Səfər milli mətbəximizi təqdim edən – Sumakh restoranında şam yeməyi ilə bitib.
Qeyd etmək lazımdır ki, televiziya industriyasına dair 20 illik təcrübəyə malik Paula M.Şuqart “Dünya gözəli” təşkilatına 1998-ci ildə vitse-prezident kimi qoşulub. 2009-cu ildə Donald Trampın özü onu prezident postuna təyin edib.
Qabriela İsler isə Venesuella modeli, Moskvada Crocus City Hall-da keçirilən “Dünya gözəli - 2013” gözəllik müsabiqəsinin qalibidir.
Xatırladaq ki, İsler “Dünya gözəli” müsabiqəsinin qalibi olan yeddinci venesuelalıdır (bu göstərici ilə venesuellalılar, səkkiz gözəllik kraliçası tacına sahib olan amerikalılardan sonra ikinci yerdədirlər).
Sorğu
Yeni dizaynımız necədir?