Cənubi Koreya höküməti Bluetooth texnologiyası əsasında hazırlanan lisensiyasız “selfi çubuqları” satışını qadağan edib .
ANS TV-nin məlumatına görə, aidiyyatı qurum bildirib ki, selfi şəkillərin çəkilməsini asanlaşdıran bu vasitə - yəni lisensiyasız selfi çubuqları, eyni radio dalğadan istifadə edən yaxınlıqdakı qurğularda, məsələn tibbi avadanlıqlarda pozuntu yarada bilər. Getdikcə məşhurlaşan bu çubuqları satanı 30 min dollara yaxın cərimə ən pis halda isə həbs cəzası gözləyir.
Koreya Universitetinin Mühəndis Labaratoriyasının alimi Kim Çunq Ki hesab edir ki, selfi çubuqların hər hansı pozuntuya yol açması ilə bağlı iddialar tam əsassızdır. Alimə görə, selfi düyməsini eyni vaxtda nə qədər insanın basırsa-basın, bu başqa qurğuların şəbəkələrinə müdaxilə etməyə kifayət etməyəcək. Yerli mobil qurğu istifadəçilər və satıcıları hökümətin bu sərəncamın həddindən artıq sərt olduğunu düşünür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?