Ərinin intiharına görə günahkar hesab etdiyi qayınatasını bıçaqla öldürən qadın, sonra əlindəki qanlı bıçaqla cəsədin qarşısında selfi çəkib, sosial şəbəkədə yayımlayıb. Milli.Az "Haberler"ə istinadla bildirir ki, Amerikanın Virgina əyalətində 59 yaşlı qayınatası Çarles Teyloru öldürən 26 yaşlı gəlini Amanda Teylor kişinin cəsədi ilə selfi çəkib, sonra da sosial mediada paylaşıb. Ərinin özünü öldürdüyünə görə qayınatasını günahkar bilən Amanda etdiyi əmələ görə peşman olmadığını söyləyib. O, şəkli paylaşarkən "çox xoşbəxtəm" yazıb. Məhkəməyə çıxarılan qadın ömürlük həbs cəzası alıb.
Sorğu
Yeni dizaynımız necədir?