Bir səhnəyə görə bütün bir kəndin əhalisi boşaldılıb. ANS PRESS-in məlumatına görə, Mahsun Kırmızıgülün "Möcüzə" filminin çəkilişləri kəndlərdən birində aparılıb.
Kadrlarda bir kışı çılpaq halda kənd küçələrində qaçmalı olub. Bu rolu isə aktyor Mert Turak canlandırıb. Onun kənddə rahat çılpaq qaçması üçün əhali çıxarılıb.
Əvvəlcə müğənni filmi ilə bağlı kəndin muxtarı ilə danışıqlar aparıb. Daha sonra muxtar kəndin ağsaqqalları ilə toplantı keçirib. Görüşdə “kənddəki qadın və uşaqlar bir günlük yaxın kəndlərdəki qohumlarının yanına getsinlər" qərarı çıxıb.
Bu qərar adı açıqlanmayan kəndin məscidindən belə elan edilib. “Sabah kənddə çırçıpaq bir nəfər qaçacaq. Xəbəriniz olsun".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?