Bir neçə saata ev sahibi olmaq mümükündürmü? Təbii ki, əgər cibinizdə kifayət qədər pul yoxdusa və yaxud lotereyada bəxt üzünüzə gülməyibsə bu tamamilə mümkünsüzdür. Lakin texnologiya o qədər inkişaf edib ki, artıq mümkünsüzü də mümkün etmək olacaq. İtaliyalı mütəxəssislər ev inşa edən xüsusi 3D printerlər istifadəyə verməyi planlaşdırırlar.
ATVxəbər.az-ın bildirdiyinə görə, mütəxəssislərin fikrincə hər kəs istədiyi dizaynı müəyyənləşdirərək onu 3D printerdə çap edə biləcək. Burada işçilərin öhdəsinə düşən iş printerin lazımi yerdə quraşdırılmasını təmin etməkdir.
Mütəxəssislərin sözlərinə görə, yeni cihaz ev tikintisi ilə bağlı xərcləri də kifayət qədər azalacaq. Bundan əlavə bu printerdən zəlzələ və digər təbii fəlakətlər zamanı zədələnmiş evlərin bərpasında da istifadə etmək mümkün olacaq. Hələ ki, printerin üzərində son araşdırmalar aparılır. Qurğunun yaxın gələcəkdə kütləvi istifadəyə veriləcəyi gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?