GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İslam və Demokratiya

İslam və Demokratiya

Tarix: 3-01-2015, 22:18 Bölmə :Maraqlı Baxış: 0
İslam və Demokratiya


Bu gün dünyada çox –çox müzakirə olunan mübahisəli məsələlərdən bir də İslam və Demokratiya anlayışıdır.Beynəlxalq tədbir və konfranslarda ,siyasi və iqtisadi formlarda ,dinlər arası dialoq adı ilə keçirilən iclaslarda bu məsələ önə çıxan ən mühim məsələ kimi nəzərə çarpmaqdadır.Açıq desək İslam və Demokratiya anlayışları Qərbin müəyyən qüvvələri tərəfindən açıq –aşkar tənqidi şəkildə müqayisə edilir.
Bu yerdəonu da qeyd etmək lazımdır ki,İslam insanlara dünya və axirət səadətinin yolunu göstərən İlahi bir din ,demokratiya isə ,insanların öz ağıl ,səy ,iradə və elmi təcrübəsinə dayanan bir idarə etmə sistemidir.
Bu fikiri söyləməyimizin səbəbi əsas ondan ibarətdir ki, İslam və demokratiya anlayışlarının bir-birinin ziddi ,və yaxud alternativi ,ya da ki,onların üst-üstə düşməsi fikirlərini irəli sürən qüvvələrin haqlı olmadığını göstərməkdir.
Ona görə də İslamı bir İlahi din olaraq öz simasında ,demokratiyanı da öz əsaslarında təqdim etmək gərəkdir.Bunu edərkən də ,obyektivliyi itirməmək əsas şərtdir.Yəni bu iki anlayışın ortaq nöqtələrini və fərqli cəhətlərini heç bir təəssübə uymadan bildirmək mühim məsələdir.
Gəlin İslam dininin nəzərindən cəmiyyətin siyasi idarəçilik nəzəriyyəsi modelinə baxaq .Bəzi ilahiyyatçıların və din alimlərinin nəzəri budur ki, Quranda müsəlman cəmiyyətinin idarə olunması haqqında insanlara əmr edilən heç bir idarəçilik sisteminin modeli mövcud deyil.
Amma bu fikrə qarşı olan başqa din alimləri və ilahiyyatçılar isə iddia edirlər ki,Həm Quranda ,həm də Hz.Peyğəmbər (s.ə.v.v)-in davranışlarında idarəçilik və idarə etmənin vəzifə və səlahiyyətlərini nümunəvi şəkildə öyrədən ictimai prinsiplər mövcuddur.
Hər ölkənin idarəçilik qanunları ,dövrün tələblərinə ,insanların milli və mədəni xüsusiyyətlərinə ,formalaşan siyasi mühitə ,coğrafi və təbii şəraitin ortaya qoyduğu imkan və çətinliklərə bağlıdır.

Demokratiyanın ən təyin edici və qaçınılmaz xüsusiyyətlərindən biri ,xalqın idarəçiliyə qatılması və özünün azad iradəsi ilə idarəçilərini seçməsidir.
Hz.Peyğəmbər(s.ə.v.v)-in həyatını araşdırdığımız zaman ,o müqəddəs insanın İslam qayda və qanunlarını ən yaxşı şəkildə icra edən bir şəxs olduğunu görürük.Bu mənada “Beyət “ ayini (müasir səs vermə haqqı) İslam idarəçiliyinin ilk qanunu kimi nəzərə çarpmaqdadır.
Beyət səs verməklə bu günün seçki qanunvericiliyini əvəz edən ,xalqın səsvermə hüququnu təsbit edən ,xalqın idarə edənlərə öz rəyini bildirməklə bağlılığını qabarıq şəkildə göstərən ilk İslam idarəçilik qanunudur.Həm də beyət ,qadın və kişinin idarəçilərə qarşı vəzifə ,hüquq və səlahiyyətlərini təyin edən bir müqavilə kimi də xarakterizə oluna bilər.
Hz.Rəsulullahın (s) təməlini qoyduğu beyət nizamı ,sonradan xəlifələr tərəfindən müxtəlif səbəb və siyasi maraqlara görə müəyyən dəyişiliklərə məruz qalmağına baxmayaraq, Osmanlı sultanlarının dövrünə qədər davam etmişdir.
Amma ,Hz.Peyğəmbər(s) xalqdan könül razılığı ilə beyət qəbul etmişdir.Qılınc gücünə və zorakılığ tətbiq etməklə deyil !
Çünki, İslama görə qılınc və zor gücünə alınan beyət haramdır və qeyri-qanuni sayılır.
Buraya qədər İslam və demokratik qanunlar arasında bir paralellik aparmaq mümkündür.
Cəmiyyətin asayişini pozmağa hesablanmış ,zorakılığa və haqsızlığa söykənən hər cür hərəkətin və cəhdin dəf olunması ,İslam dininin hər kəsəin boynuna qoyduğu məsuliyyət və vəzifələrdən biridir.İslam qanunlarına görə idarəçilər və məmurlar insanlar arasında bərabərliyi,ədaləti və fərdi hüquq toxunulmamazlığını biləvasitə təmin edən şəxslər kimi mühim məsuliyyət daşıyırlar.Əgər demokratiya təkcə cəmiyyəti idarə edən və istiqamətləndirən bir sistem deyil,insanların əsas hüquq və azadlıqlarını təminat altına alan və xalqın tələblərini ödəyən bir idarə etmə formasıdırsa ,bu cəhətdən o ,İslamın idarə etmə qanunlarından heç bir şeylə fərqlənmir.Çünki, cəmiyyətin haqlarının qorunması cəhətindən bu ikisi arasında heç bir ixtilaf yoxdur.Hətta ,İslam dini bir tərəfdən fərdi hüququn qorunmasını əmr edərkən ,digər bir tərəfdən də ictimai məsuliyyətdən bəhs edir və bu ruhun həmişə canlı tutulmasına təşviq edir.Ona görə də fərdlərə vacib olan hər bir məsuliyyətin ,ictimai həyata baxan bir tərəfi vardır.
Demokratik idarəçilik sistemi ilə idarə olunan ölkələrdə ,xalq tərəfindən seçilən və cəmiyyət adından idarə olunması qərar verilən parlament də (məclis) ,üzərində durulması vacib olan ən mühim müəssisələrdən biridir.Bu mexanizmin ( məclisin ) İslamdakı alternativi ,təməli Quranın və Hz.Peyğəmbər(s)-in tərəfindən qoyulan “Şura “ məclisidir.Bu barədə mübarək Qurani-Kərimin iki ayəsində belə buyurulmuşdur:
“Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər! “
Ali-İmran ,159
“ O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.”
Şura ,38

Demokratiyanın əsasları arasında vurğulanan xüsusi prinsiplərdən biri də məşvərət və ümumi rəydir.Bu müddəalara da yuxarıda misal çəkdiyimiz iki ayədə açıq şəkildə toxunulur.Quran təfsirçilərinin rəyinə görə ayələrdə keçən “iş haqqında onlarla danış “ ifadəsi sadəcə olaraq bir tövsiyyə deyil ,bəlkə yerinə yetirilməsi vacib olan bir İlahi əmrdir.

Bu günün dünyasında adı nə olursa olsun ,insanların sabitlik və xoşbəxtliyinə xidmət edən hər hansı bir idarə etmə formasına İslam dininin ümumbəşəri qanunları etiraz etmir .
Hz .Peyğəmbər (s.ə.v.v) və Əhli-Beytin məsum İmamaları kamil insan olduqlarına baxmayaraq ,yaşadıqları cəmiyyətdə həmişə ümumi işlərdə cəmiyyətlə məsləhətləşmiş və bu ənənəni yaşatmağı təkid etmişlər.
Hz.Peyğəmbər(s.ə.v.v) –in insaların hüquq və azadlıq baxımından bərabər olmasını vurğulayan bir mübarək kəlamı ,fikrimə görə bu günün Qərb və demokratiya adından danışan bəzi dövlətlərə dərs olmalıdır.Allah Rəsulu (s) buyurmuşlar :”İnsanlar bir darağın dişləri kimi bərabərdirlər.”
Nə gözəl bənzətmə və nə dəqiq məntiq !
Biz bu gün ağız dolusu demokratik dəyərlərdən və insan haqlarından danışan Amerika və Qərb dünyasının yeri gələndə “ikili standartlar “ –la hərəkət etmək xüsusiyyətlərinə hardasa artıq vərdiş etmiş kimiyik.Əfqanısanda ,İraqda , Fələstində(Qəzza da) ,Suriyada və.s ölkələrdə Amerikan “demokratiya”-sının və Qərbin insan haqlarını guya ki, müdafiə etdiyi təşkilatlarının əzilən,haqqı tapdalanan ,öldürülən və ən azından hər gün partlayış və fəryad səslərinə oyanan müsəlman xalqların haqlarını qulaq ardına vurmasını da görməmiş deyilik.
Bu baxımdan Azərbaycan xalqı da ona qarşı olunan erməni işğalının müqabilində Qərb dövlətlərinin susmasını və sanki erməni vandalizmi qarşısında Ermənistanla dəcəl və ərköyün uşaq kimi davranıldığını yaxşı görür.
Bütün bunlar bir daha onu açıq –aydın göstərir ki, demoktarik dəyərlərdən və beynəlxalq hüquqdan ağız dolusu danışan dövlətlər ,yeri gələndə bu qanun və dəyərləri dini ,siyasi ,maddi və iqtisadi çıxarları hesabına dərhal qulaq ardına vura bilirlər.
Bu yaxınlarda ABŞ-ın Quantanamo həbs düşərgəsində saxlanılan əsirlərlə amerikan əsgərlərinin necə davranması xəbəri dünya birliyini şoka saldı.Müsəlman olduqları üçün əsirlərin hər cür işgəncəyə məruz qalması faktı və yeddi dustağın bu alçaldıcı və ağır əzablara dözməyərək intihar etməsi hamını çox kədərləndirir.Həm də bu əməlləri hansı ölkənin hərbiçiləri edir ? Dünyada “demokratiyanın beşiyi” sayılan ABŞ !

Buna görə də İslamın demokratiyaya zidd olduğu və yaxud İslam dəyərlərinin demokratik qanunlarla üst-üstə düşməsini sübut etməyə çalışmaq üçün az qala “ dəridən və qabıqdan “ çıxanlara sözümüz budur:
-İslam bir İlahi qanun və əbədi bir dəyərdir.O,heç bir bəşər təxəyyülünün məhsulu olan qayda və qanunlarla müqaisə olunmaz !

Araz Mehrəli
Dinşünas –tədqiqatçı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilir

    Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam ...

    21-12-2017, 10:44

  • 
  • Freedom House: Dünyada demokratiya və azadlıqlarda zəifləmə müşahidə edilir

    Freedom House: Dünyada demokratiya və ...

    6-03-2020, 13:27

  • 
  • Bakıda “Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans açılıb

    Bakıda “Dinlər və mədəniyyətlərarası dialoq” ...

    21-12-2017, 12:37

  • 
  • "7 iyun-Demokratiya günü" ilə bağlı tədbir keçirilib -FOTO

    "7 iyun-Demokratiya günü" ilə bağlı ...

    7-06-2018, 18:02

  • 
  • Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi yanaşırıq

    Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi ...

    2-03-2016, 20:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu