Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin təşkilatçılığı ilə "7 iyun -Demokratiya günü" adlı tədbir keçirilib.
KXCP-nin qərərgahında keçirilən tədbirdə Əbülfəz Elçibəyin silahdaşlarından sabiq daxili işlər naziri İsgəndər həmidov, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və AXC hakimiyyətində yüksək vəzifə tutan məmurlar iştirak ediblər.
Tədbir iştirakçılarından olan KXCP sədri Mirmahmud Mirəlioğlu və tanınmış ictimai-siyasi fəallar 1992-ci ilin iyun ayının 7 -də keçirilən demokratik prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüblər.
Xatırladaq ki, 7 iyun 1992 - ci il Müstəqil Azərbaycan tarixində ilk azad, demokratik və ədalətli prezident seçkilərin keçirildiyi gündür. Demokratik seçkilər nəticəsində Əbülfəz Elçibəy 60,9% səs toplayaraq Müstəqil Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş ilk və hələlik son prezidenti olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?