GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xoşbəxt həyatın sirri: Dahidən 7 dərs

Xoşbəxt həyatın sirri: Dahidən 7 dərs

Tarix: 4-01-2015, 13:13 Bölmə :Maraqlı Baxış: 0
Xoşbəxt həyatın sirri: Dahidən 7 dərs

Biz yaşamaq sənəti barədə Lev Tolstoyun “Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub. Lakin Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var.

1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokrat ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi gur, yüngül əxlaqlı və zorakı olmuşdu. O, yazırdı: “Mən müharibələrdə adam öldürür və ya adam öldürmək üçün onları duelə çağırırdım. Qumarda uduzur, kəndlilərin əməyini istismar edir, onlara cəzalar verir, avara həyatı yaşayır və adamları aldadırdım. Beləcə on il yaşamışdım”...

Lakin o, tədricən özünü onu məhv edən, avara həyat tərzindən xilas etdi, zadəgan irsinin inanclarından yaxa qurtardı və radikal, qeyri-adi dünyagörüşü əldə edərək həmsiniflərini mat qoydu. Yaxşı, bəs görəsən onun bu şəxsi səyahəti bizə də öz həyat fəlsəfəmiz barədə təkrar düşünməkdə necə kömək edə bilər?


1. Düşüncənizi açıq saxlayın
Tolstoyun ən böyük istedadlarından biri də onun yeni təcrübələr əsasında öz düşüncəsini dəyişmək bacarığı və istəyi idi. 1850-ci illərdə Krım müharibəsində gördüyü qanlı qətliam onu ömürlük passifistə çevirmişdi. 1857-ci ildə Parisdə qilyotinlə edamı seyr etmiş yazıçı kəsilib aşağıdakı qutuya düşən başın guppultusunu heç vaxt unuda bilməmişdi. O dövlət və onun qanunlarının qatı opponentinə çevrilmişdi. O inanmağa başlamışdı ki, hökumətlər nəinki qəddardırlar, üstəlik onlar həm də varlı və qüdrətlilərin maraqlarına xidmət edirlər. “Dövlət qəsddir – yazırdı Tolstoy bir dostuna, - odur ki, mən heç yerdə heç bir hökumətə qulluq etmərəm”. Əslində Tolstoy anarxist olmağın yoluna düşmüşdü. Sağ olsaydı, o, bizi içində böyüdüyümüz təməl inancları və ehkamları sual etməyə ürəkləndirərdi.

2. Hüsn-rəğbətli olun
Tolstoy özünü ondan çox fərqli yaşayan insanların yerinə qoymaq bacarığı ilə heyrətamiz hüsn-rəğbət nümayiş etdirə bilmişdi. 1860-cı illərdə o nəinki kəndli geyiminə keçmişdi, hətta təhkimçilikdən yenicə azad olmuş kəndlilərlə birlikdə öz malikanəsində işləməyə, tarla şumlamağa, kəndli evlərini öz əli ilə təmir etməyə başlamışdı. Damarlarından “mavi qan” axan qraf üçün bütün bunlar çox heyrətamiz idi. Hərçənd şübhə yoxdur ki, bu qayğıkeş dədəlikdən bir az da zövq alan Tolstoy kəndlilərin arasında olmaqla şəhərlərin ədəbi və aristokratik elitalarına bilərəkdən acıq verirdi. Tolstoy inanırdı ki, başqalarlının həyatını şəxsən yaşamadan onların reallığını başa düşə bilməzsən.

3. Fərq yaradın
O həmçinin özünün məxsus olduğu ali silkin adamlarından, insanların iztirablarını şəxsi hərəkətlə azaltmaq xasiyyəti ilə fərqlənirdi. Buna ən parlaq misal onun aclıqla bağlı humanitar fəaliyyətidir. 1873-cü ilin məhsulsuzluğundan sonra Tolstoy “Annna Karenina” üzərində işi bir il təxirə salmışdı ki, aclıq çəkənlərə humanitar yardımı təşkil etsin. O bir qohumuna belə yazırdı: “Mən xəyal edilən obrazların xətrinə özümü canlı məxluqlardan ayıra bilmərəm”. Onun dostları və ailəsi düşünürdü ki, dünyanın ən gözəl romançılarından birinin öz şedevrlərinin biri üzərində işi yarımçıq qoyması divanəlikdir. O, 1891-ci ilin aclığı zamanı da belə etmişdi. Ömrünün iki ilini şorba mətbəxlərində işləməyə və aclar üçün pul toplamağa həsr etmişdi. Siz bu gün bestsellerlər yazan bir yazıçısının əlində olan işini humanitar fəaliyyət üçün iki il müddətinə bir kənara qoymasını təsəvvür edə bilərsinizmi?

4. Sadə həyat sənətinin ustadı
1870-ci illlərin ruh qırıqlığından sonra Tolstoy Pravoslav Kilsəsi də daxil olmaqla bütün rəsmi dinləri inkar etmişdi. O Xristianlığın ruha və maddi gözütoxluğa söykənən inqilabi təqriqətlərindən birini qəbul etmişdi. İçməyi, tütün çəkməyi tərgitmiş, vegetarian olmuşdu. O adamları özünü dolandıra bilən, ortaq mülkiyyətə sahib sadə utopik icmalar yaratmağa ilhamlandırmışdı. Bu sayaq “Tolstoy icmaları” bütün dünya boyunca yayılmışdı və Gandhi 1910-cu ildə əsasını qoyduğu təkyəyə Tolstoy ferması adını vermişdi.

5. Öz ziddiyyətlərinizdən ehtiyatlı olun
Yeni, daha sadə həyat mübarizəsiz və ziddiyyətsiz deyildi. Tolstoy məlum olduğu kimi bəşəri məhəbbətə sitayiş edirdi, amma arvadı ilə daim dava-dalaşdaydı. Digər tərəfdən bu bərabərlik həvarisi özünün varlı və imtiyazlı həyat tərzindən tamamilə əl çəkməmişdi. O qoca yaşlarınadək çoxlu qulluqçıları olan böyük mülkdə yaşayırdı. Lakin 1890-cı illərdə o, ailəsinin arzusu xilafına olaraq öz ədəbi əsərlərinin böyük bir hissəsinin müəlliflik hüququndan əl çəkdi. Bununla o, əslində böyük bir sərvəti qurban vermişdi. Əgər həyatının başlanğıcında malik olduğu imtiyazlar nəzərə alınarsa, bu şəxsi transformasiyaya yalnız heyran qalmaq olar.

6. Sənətkar olun
Tolstoy inanırdı ki, öz şüuru və vücudu arasında balans yaratmaq onun yaradıcılıq prosesinin mühüm şərtidir. O təkcə vaxtaşırı qələmini yerə qoyub çöl boyunca ata qoşulmuş kotan sürməzdi, həm də oraq-kərəntini yazı masası ilə üzbəüz divara söykəyərdi ki, həmişə gözünün qabağında olsun. Ömrünün son illərində yazıçılar və jurnalistlər bu saqqallı müdrikə baş çəkməyə gələndə, dünyanın ən məhur yazıçısını əlində çəkməçi alətləri ilə ustalıq edən yerdə görüb təəccüblənərdilər. Əgər Tolstoy bu gün burda olsaydı, bizə məsləhət görərdi ki, boş vaxtımızın çoxunu sms və tvit göndərməyə sərf etməkdənsə, bir sənətin qulpundan yapışaq.

7. Sosial çevrənizi genişləndirin
Tolstoydan alınacaq ən mühüm həyat dərsi bunu anlamaqdır ki, güman və xurafatlarımıza üstün gəlməyin, habelə dünyagörüşümüzü inkişaf etdirməyin ən yaxşı yolu özümüzü baxışları və həyat tərzləri bizimkindən fərqli olan insanlarla əhatə etməkdir. O özünün “Dirilmə” əsərində göstərir ki, istər siyasətçi olsun, istərsə də biznesmen və ya oğru – adamların əksəriyyəti intstinktiv olaraq onların baxışlarını paylaşan insanların çevrəsini və bu çevrədə öz yerlərini qoruyub saxlamağa çalışırlar. Bizə oxşar insanlarla əhatə olunmağımız ona gətirib çıxara bilər ki, biz iki evə sahib olmağı, eyni cinsdən olanların evlənməsinə qarşı çıxmağı və ya Yaxın Şərq ölkələrini bombalamağı tamamilə normal və haqlı bir iş saya bilərik. Bu halda biz belə baxışların yanlış, ədalətsiz və ya həqiqətdən uzaq olduğunu görməyə bilərik, çünki öz çevrəmizə qapanıb qalmışıq. Tolstoyun təbirincə deyilsə, bizim ən əsas vəzifəmiz çevrənin hüdudlarını aşmaqdır.


Roman Krznaric “Sehirli mücrü: Həyat haqqında maraqlı tarixçələr” kitabının müəllifidir. Yeri gəmişkən, elə bu məqalə də həmin kitabın materialı üzərində yazılıb. Yazıçı Rəğbət muzeyinin və Rəğbət kitabxanasının təsisçisidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda avara və dilənçilər saxlanılıb.

    Bakıda avara və dilənçilər saxlanılıb. ...

    19-09-2015, 14:06

  • 
  • “İnanın bizə, betəri hələ qabaqdadır, gəlin bu faciənin qarşısını alaq...”

    “İnanın bizə, betəri hələ qabaqdadır, gəlin bu ...

    22-04-2020, 23:08

  • 
  • Şahidim Tərtərdə ata evimizin divarlarındakı güllə izləridir...

    Şahidim Tərtərdə ata evimizin divarlarındakı ...

    9-12-2023, 11:48

  • 
  • Dünyada ildə 800 min adam intihar edir

    Dünyada ildə 800 min adam intihar edir ...

    4-09-2014, 19:32

  • 
  • Ailə xöşbəxtliyini qoruyub saxlamağın 7 sirri

    Ailə xöşbəxtliyini qoruyub saxlamağın 7 sirri ...

    18-06-2017, 02:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu