Əslində fərqindəyəm həyatımdakı saxta varlıqların. İstəsəm, bir anda təmizləməsini də bilirəm. Amma bunca saxtalığın mənim səmimiyyətimə ehtiyacı var
Mövlana Cəlaləddin Rumi
**** Bəzi insanlar var, ilk andan etibarən səmimi olmadıqlarını hiss etməzsən... Bu insanları sevmək, sevsəniz də ona təhəmmül etmək imkansızdır... Onlara qarşı hiss edilən sevgi gün keçdikçə çox tez bir şəkildə tükənər, bitər... Hər şeyləri sünidir... Özlərini aparma qaydaları, danışmaqları, sevincləri, hüzünləri... Hər sözləri "Sən Allah bəsdi", "Yaxşı görək", və ya susub danışmamaq, sanki səni dinləmirmişcəsinə saymamazlıq etmək olar halları... Onlar bu dünyaya belə gəlib belə də gedəcəklər, sadəcə əvvəl özlərinə sərf edəndə səninlə xoş olmuş, sonra iç üzünü saxlaya bilmədən sənə bəlli edərlər... Amma artıq səninlə gedə bilməyəcəklərini, onları özünlə apara bilməyəcəyinin fərqinə vararsan və bu səni incidər. Axı güvənmişdin, inanmışdın...
Bu adamlar gənəllikdə qadın-erkək ola bilməyən, hələ də olğunlaşmayan adamlardır. Belələrində şəxsiyyət, kişilik, məntiq əksik olar. Daim özlərini yarımçıq hiss edərlər, komplekslidirlər. Onlardan ayrılmaq üçün heç vaxt gec və ya tez olmaz. 3 həftə, 4 ay fərq etməz. Artıq hər şeyi hiss etdiyiniz anda mədəniz də bulanar, təzyiqiniz də qalxar. Amma həmən yanından uzaqlaşmanız gərəkəcək. Narahat olarsınız ki, bəlkə o narahat olar.
Amma narahat olmayın. Onlar sənə qırılmaz. Sadəcə içlərində tərk edilmə duyğusu hiss edər; amma bu duyğunu həmən də unudarlar. Hər cür şərtləri və qanunları ideal və imkanlı olsa da, hər dəqiqə dəli kimi çılğına dönər, onları bədbəxt edər. Nə deyim? Allah üzməsin.
Dünyada necə gözəlliklər var, haqq etməyənlə vaxt keçirməyə nə hacət? Səninlə anlaşan, səmimi, düzgün, uğruna özünü fəda edə biləcək, insanlar var. Varsın gələcək imkansız olsun... İmkanlı edən siz olacaqsız... Onlarla sənə verdikləri sevgi, dəyərlə bütün gözəllikləri yaşamağa dəyməzmi? Dəyər!
Həyat qısadır... Sən əlindən gələni etdin. Yetər ki, üzülmə... Əksinə sevin... Elə bir orbitə düşmüsən ki, o adamlar özlərini deşifrə edər, sənin ətrafından özləri özlərini təmizləyər, ələyər... Həyat hər şeyə rəğmən gözəldir! Sən səni sevənləri sev, sevdiklərinlə mutlu, hüzurlu ol!.. Çünki deyilər ki, biri sənə pislik edirsə, deməli sən ona vaxtında çox yaxşılıq eləmisən. Təəssüf ki, biz pis günlərimizdə bizi dardan qurtaranları tez unuduruq. Pis günlərimizi unutduğumuz kimi... Amma:
Bitməsini istəmədiklərimiz bitir həmişə, Yaxşıları, yaxşılıqları daha tez itiririk... Nələrsə, kimlərisə xatırladır nə vaxtsa- Hərf-hərf, rəqəm-rəqəm unudulmur adamlar, Adamlar unudulmur!..
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?