GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bağışla qızım... Səni böyüdə bilmədik

Bağışla qızım... Səni böyüdə bilmədik

Tarix: 5-08-2015, 15:04 Bölmə :Ölkə Baxış: 0
Bağışla qızım... Səni böyüdə bilmədik

Anar Bayramoğlu

Bir ildir artıq bizi tərk etdiyin. Mən sənin haqqında "öldü” ifadəsini heç zaman qəbul edə bilmədim, gül üzlü mələyim. Ona görə də "tərk etdi” ifadəsini deyirəm. "Ölüm” sözü heç sənə yapışmır, yaraşmır. Həm də axı sən ölməmisən. Mənim ürəyimdə yaşayırsan. İndi cümlələri yazdığımda düz bir il öncə, hər zaman ürəyimdə yara olacaq o məşum tarix, avqustun 5-i yadıma düşür. Həmin günün səhəri gözlərim önündə canlanır. Mən işə getdiyimdə, "ata, gələndə mənə "kukruz” al sözün hələ də qulaqlarımda cingildəyir. Mən "kukruz” alacaqdım, amma sən gəlişimi gözləmədin. Ən son öpüb məni qapıdan yola saldığın anı heç unutmadım, mələyim. Səhər məni işə yola salıb, gecə saat neçədə gəlsəm belə, yolumu gözləyən çiçəyim! Bir ildir hər gün qapını döydüyümdə, sənin səsinin qapı arxasından gələcəyini "ata, gözlə açıram” deməyini gözlədim. Səsini, sözlərini, "ata, səni lap çox istəyirəm” deyimini bu bir ildə hər gün dəfələrlə eşitmişəm sanki, sənin səsinlə duymuşam. Bir ildə çox şey dəyişdi, Cavidanım...

Getməyinlə, hər şeyi dəyişdin. Evimiz dəyişdi, həyatımız dəyişdi, əvvəl sevimli olan qohumlara münasibətimiz dəyişdi. Hər şey bir anın içində çevrildi sanki. Amma... Amma bir şey dəyişmədi. Sənə olan sevgimiz dəyişmədi. Sənin yoxluğuna bir ildə alışa bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının ilk sevincini itirmək o qədər acıdır ki, qızım. Sən ömrümün ilk sevinci idin. Bu acını yaşadım sənin yoxluğunla. Yoxluğuna görə o qədər təsəllilər eşitdim ki, saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı. Sənin yoxluğunu heç cür qəbul edə bilmədim. İndi də etmirəm. Edə bilmirəm axı gözəl mələyim. Səninlə bağlı o qədər arzularım var idi. Hamısı bir anda puç oldu. Sənin faciəli gedişinlə, mən hər şeyimi itirdim. Bilmirəm buna qismətmi deyim, Allahın sınağımı deyim. Qismət idisə, nədən belə bir qismət? Sınaq idisə, niyə bu cür sınaq? Bu suallara cavab tapa bilmirəm. Necə ki, pəncərəmizdən düşdüyün an necə kömək istəmisən, ağlamısanmı, gülmüsənmi, o an nə demisən?!, sualları məni rahat buraxmadığı kimi, Allahın niyə belə tale yazdığı sualı da rahat buraxmır. "Hər şeydə Allahın hikməti var” deyirlər. Amma belə hikmət? "Allah ədalətlidir” deyirlər. Belə ədalət? Bəlkə də deyilənlər doğrudur. Hər pis hadisədə bir xeyir var deyimi bəlkə də düzdür. Amma bildiyim tək doğru, sənin ürəyimdə əbədilik olaraq yaşayacağındır. Ta ki, mən əbədiyyətə qovuşanadək, sənin yanına gələnədək. Allahın hikməti varsa, ədaləti varsa, biz o biri dünyada qovuşacağıq, mələyim. Ən böyük təsəllim o dünyada qovuşa biləcəyimizə inanmağımdır. Dini yozumlara görə, uşaqlar valideynləri o dünyaya gedərkən, onları gözləyirlər. Mələk olduqları üçün, mələklərdən valideynləri ilə bir olmağı xahiş edirlər. Buna inanıram. Sən də bir mələksən. Heç kəsi olmasa da, məni yanına alacağına inanıram qızım.

Bağışla qızım... Səni böyüdə bilmədik

Bir də... Bir də zamanın tez keçməsini o qədər arzulayıram ki. Çünki ömrümdən gedən hər il, ay, gün, saat, dəqiqə məni sənə yaxınlaşdırır. Mən bilmirəm nə zaman sənə çatacam. Bütün hallarda hər kəsin sən olduğun dünyaya gələcəyi kimi, mən də gələcəm. Bir təsəllim bu. Digər təsəllim isə qardaşının var oluşudur. Sənin ətrini aldığımız, sənin də çox istədiyin, "Tutuşum” dediyin Turanımızdır... O mələk ruhunun mənimlə, bizimlə olduğunu bilirəm. Ən pis zamanımda, yuxuma gəlib "ata, üzülmə, hər şey yaxşı olacaq” deməyin, ruhunun evimdə olduğunun işarəsidir. Başqa nəsə yaza bilmirəm. 5 illik ömrünlə, o qədər xatirələr qoymusan ki, gözəl qızım. Onları belə kiçik həcmli yazıya sığışdırmaq mümkünsüzdür. Sadəcə sənə, sənin ruhuna üzr borcum var. "Qızım! Sənə bir şey olsa, ölərəm” deyirdim. Amma mən sənsiz ölmədim. Buna görə bağışla məni, gözəl mələyim. Gül üzlü, mələk qızım! Bir də... Bir də bağışla, səni böyüdə bilmədiyimiz üçün. O dünyada görüşənədək Cavidanım....

P.S. Bütün valideynlərə səslənirəm. Övladlarınızı qoruyun! Övladlarınıza məsuliyyətlə yanaşın. Allah heç birinizə övlad acısı yaşatmasın...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Arvadı Nadiri tərk etdi…

    Arvadı Nadiri tərk etdi… ...

    30-09-2016, 21:07

  • 
  • "Deyə bilmədim, ata, kişilər məni təkləyib..." - Natavan

    "Deyə bilmədim, ata, kişilər məni ...

    7-04-2018, 16:56

  • 
  • Həsrətin məni bitirməmiş gəl!

    Həsrətin məni bitirməmiş gəl! ...

    24-02-2016, 15:48

  • 
  • Ürəkparçalayan təbrik: “Əsl kişilər ağlamağı bacaranlardı, gözəl gözlüm…”

    Ürəkparçalayan təbrik: “Əsl kişilər ağlamağı ...

    19-05-2018, 22:19

  • 
  • "Mən o qadının atası deyiləm" - Tanınmış aktyor

    "Mən o qadının atası deyiləm" - ...

    5-08-2015, 01:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (254)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu