Şotlandiyada yaşayan bir balıqçı 42 il bundan əvvəl bir məktub yazaraq butulkanın içinə qoyub və dənizə atıb. Məktub təxminən 4 min km uzaqlıqda New York sahillərində tapılıb. Balıqçı Con Souterin yazdığı məktubu almaniyalı turist tapıb.
Bu gün 66 yaşında olan Souter, məktubda nə yazdığını belə unutduğunu deyib: "Həmin günü xatırlayıram. Bir parça kağıza adımı, adresimi və o günün tarixini yazdım. Başqa nə yazdığımı xatırlamıram. Daha sonra məktubu Hays marka limonat şüşəsinin içinə qoydum. Məktubun bu qədər yol getməsinə inana bilmirəm."
Məktubu tapan Michael Scholz isə Almaniyaya qayıtdıqdan sonra Souterin sağ olduğunu öyrənib və məktubu ona geri yollayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?