İŞİD sıralarında döyüşən azərbaycanlının son məktubu tapılıb.
Hazırda Rusiyada yaşayan Həjar Şamiloğlunun Axar.az-a verdiyi məlumata görə, məktub öldürülmüş azərbaycanlının cibindən tapılıb.
Həjar məktubun iki-üç gün bundan qabaq Suriyanın Zummar bögəsində öldürülmüş İŞİD-çi azərbaycanlının üzərindən tapıldığını və yazdığı məktubun özbəkcə olduğunu zənn edərək tərcümə etmək üçün ona göndərildiyini bildirib.
“Mənə çatan məlumata görə, son 5 gündə Mosul ətrafında 50-yə yaxın azərbaycanlı İŞİD-çi öldürülüb”, – Həjar deyib.
İŞİD-çinin kiril əlifbası ilə Azərbaycan dilində yazılan məktubunun tam mətnini təqdim edirik:
“Əxi, mən şəhid olsam, bunu zövcəmə çatdır.
Əlhəmdüllilah, rəbbil alaəmin. Xayri xalqillər rəsulullah. Sallalahu aleyhi və səlləm.
Assələmyaleykum və rəhmətullahi va berakatuh.
Mili. Mən səni sevib, səninlə evləndim, həyat qurdum, hədsiz qısqandım, evimiz olmadı… Səninlə kirayəbəkirayə gəzdik. Mili, bu məktubu sənə yazdım, məcbur etməyə haqqım yoxdur, Allahdan qorxuram. Sənə çox xahiş edirəm ki, məni mümkünsə gözləyəsən. Bu vəfasız, sıxıcı dünyanın sıxıntılarına dözməyi, səbr etməyi məsləhət görərdim. Çünki səni həqiqi qəlbimlə sevdim. Uşağımı böyüt, Rita balamı tərbiyə et, oxumağı öyrət. Oxutdur məktubumu. Rita nanadin bala (papanın balası demək istəyib. - F.B.) inşallah biz ailəliknən Firdovsa (Firdovs cənnət deməkdir. - F.B.) girəcəyik. Əlhəmdülillah!”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?