GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Din nəyə lazımdır?- Aysel Vəlizadə

Din nəyə lazımdır?- Aysel Vəlizadə

Tarix: 13-01-2015, 16:37 Bölmə :Maraqlı Baxış: 0
Din nəyə lazımdır?- Aysel Vəlizadə

Din nəyə lazımdır - Dini inancı olmayanlar həmişə bu sualı verirlər: Din olmasa insan olmaq olmur? Vicdanlı olmaq bəs etmir? Dindar olmaqla nə dəyişir?

Din əxlaqını yaşamaq fərqli anlayışdır. İnanc insanın geyimi, həyat tərzi (lüks və ya sadə həyat tərzi sürməsi), özünə müəyyən məhdudiyyətlər qoyması ilə ölçülən anlayış deyil. İnanclı, dindar olmaq son ilahi kitab olan Quranın öyrətdiyi gözəl əxlaqa yiyələnmək deməkdir. Bəs Quranın bizə öyrətdiyi əxlaq nə ilə seçilir? Quran bir insana sahib ola biləcəyi ən gözəl xüsusiyyətləri öyrədir. Gözəl əxlaqa aid bəzi Quran ayələri:

1. Qəzəbini boğmaq

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. (Ali-İmran surəsi, 134)

2. Səsini qaldırmamaq

Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir. (Loğman surəsi, 19)

3. Ən gözəl üslubda danışmaq

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. (İsra surəsi, 53)

4. Təmiz geyinmək və yemək

Geyimini təmiz saxla! Pis şeyləri tərk et! " (Müddəssir surəsi, 1-5)

"Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” (Əraf surəsi, 160)

5. Yalan danışmamaq

... yalan sözlərdən də çəkinin. (Həcc surəsi, 30)

6. Ana-ataya qarşı mərhəmətli olmaq

Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. (Əhqaf surəsi, 15)

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. (Loğman surəsi ,14)

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)

7. Ədalətli olmaq

Ey iman gətirənlər, hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. (Nisa surəsi, 135)

Quranın gözəl əxlaqa aid hökmlərinin siyahısını uzatmaq mümkündür. Yəni bir insan vicdanən öz davranışlarında gözəl əxlaq göstərə bilər. Məsələn, ətrafındakı insanlara qarşı nəzakətli davranar. Lakin Quran əxlaqına baxanda sadəcə nəzakətli olmağın deyil, ən gözəl sözlü, ən mərhəmətli, ən anlayışlı olmağın daha üstün olduğunu görürük.

Məsələyə bir də din olmayan yöndən baxaq. Cahiliyyə cəmiyyətində insanların səbri "səbir kasası daşana kimi”dir. İncə düşüncəli, mülayim xarakterli olmaq axmaqlıqdır, gözəl görünmək isə özünü kiməsə göstərməkdir və s...

Bu məsələnin bir də darvinist, ateist-kommunist cəhəti var. Bəzi fikirlərə nəzər salaq:

1.İnsan inkişaf etmiş heyvan növüdür. Digər heyvanlardan yeganə fərqi isə içində olduğu şərtlərin onu bir az "əhlilləşdirməsidir". İnsanla heyvan arasında bundan başqa fərq yoxdur.

2. İstər təbiətdə, istərsə də insan cəmiyyətlərində dəyişməyən tək qayda "qarşıdurma"dır. Qarşıdurma bir-birilə üst-üstə düşən mənfəətlər səbəbindən yaranır. Qarşıdurma nəticəsində bir tərəfin məğlub olması, əzab çəkməsi, ölməsi çox təbii və hətta vacibdir.

3. Bu səbəbdən, inkişafın reallaşması, məsələn kommunistlərə görə "kommunist inqilab"ın yaşanması üçün çox sayda insanın ölməsi, əzab çəkməsi, işgəncəyə məruz qalması qaçınılmazdır və hətta lazımlıdır.

Leninin ən böyük köməkçisi və kommunist ideologiyanın nəzəriyyəçisi Trotski: İnsan nədir? Hələ tam şəkildə mövcud olan canlı deyil. Hələ bacarıqsız varlıqdır. Heyvan olaraq insan planlı şəkildə deyil, spontan şəkildə təkamülləşmiş və onda bir çox ziddiyyətlər inkişaf etmişdir. (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, s. 734)

Mussolini: Qadın boyun əyməlidir. Onun analiz gücü olsa da, sintez gücü yoxdur. Qadın nə vaxtsa arxitektura əsəri yaradıbmı? Məbəddən danışmıram, qadından daxma qurmasını istəyin, öhdəsindən gələ bilməyəcək. (Maria a. Macciocchi, Faşizmin Analizi , s. 126)

İnsana inkisaf etmiş heyvan kimi baxan bir düşüncədə isə hər hansı əxlaqi meyarlardan bəhs etmək mənasızdır.

Bu yazıda bəhs etdiyim sırf Qurana əsaslanan gözəl əxlaqdır. Bura saxta hədisləri və xurafatları daxil etmirəm. Bizim yolgöstəricimiz Qurandır və Quran əxlaqını özündə ən gözəl şəkildə əks etdirən son peyğəmbər hz.Muhamməddir (səv). Hansı ki, müşriklər belə əmanətlərini rahatlıqla ona təslim edir və ona Əmin deyirdilər. Ətrafındakılara qarşı mərhəmətlı davranışı bu ayədə ən gözəl şəkildə təsvir olunub:

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. (Ali-İmran surəsi, 159)

Quran bizə ən gözəl əxlaqı öyrədir, ən gözəl xüsusiyyətlərə sahib insan olmağı, təmizliyi, gözəlliyi, bağışlamağı, mərhəməti və sevgini öyrədir.
Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir ... (İsra surəsi, 9)

Aysel Vəlizadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Allah gözəldir, gözəlliyi də sevir...

    Allah gözəldir, gözəlliyi də sevir... ...

    28-01-2015, 20:13

  • 
  • Quranda və Peyğəmbərimizin (səv) yaşadığı dövrdə İslam

    Quranda və Peyğəmbərimizin (səv) yaşadığı dövrdə ...

    16-12-2014, 01:05

  • 
  • Düşünən insan təbiətə baxdıqda, həyat dərsini alar

    Düşünən insan təbiətə baxdıqda, həyat dərsini alar ...

    4-02-2016, 22:02

  • 
  • Şeyx Quranın azərbaycanca oxunmasına münasibət bildirdi

    Şeyx Quranın azərbaycanca oxunmasına münasibət ...

    5-02-2014, 10:58

  • 
  • Gözəl pozlar!-FOTOSESIYA

    Gözəl pozlar!-FOTOSESIYA ...

    9-07-2013, 11:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu